Bəzə

By PRoMete

Released on August 5, 2019

Thumbnail

[Nəqərat: Tofiq Hacıyev]

Həyatımı varlığınla bəzə

Sevinib  uçuram səni görəndə

Nə  qədər varsan, o qədər varam

Pərvanə təki dövrəndə

Mahnılarımda çıxırsan üzə

İlham  pərimsən mənim sən

Nə  qədər varsan, o qədər varam

Və var olduqca mənimsən


[Bənd 1: PRoMete]

Günlər  gəzir, saatlar qaçır

Saniyələr uçur, hamısı sənin üçün

Dünya sənin özün, təki gülsün üzün

Bura qonaq olub yüzü, yerini verməyib, düzü

Bizi  görür çoxu, bəlkə də, götürmür gözü

Mənim də xasiyyətim dəyişkəndir

Buna isə az adam dözür, sən bu adamın özü

Varlığındır mənalı edən gecəni-gündüzü

Sözüm özü axır, olur sətir, adına yazılır şeir, mahnılar

Həyat mahnıdan daha da dərindir

İşıq sürəti ilə gedir indi, çünki biz əl-ələ

Uzağa gedəcək hələ bu yol, geriyə baxma, gəl

Gözünü yum, əlimi tut

Sənin işığınla gedəcəm, qorxma, gəl

Sona qədər biz olar, olsan əgər

Yoxa çıxma, gəl


[Nəqərat: Tofiq Hacıyev]

Həyatımı varlığınla bəzə

Sevinib uçuram səni görəndə

Nə qədər varsan, o qədər varam

Pərvanə təki dövrəndə

Mahnılarımda çıxırsan üzə

İlham pərimsən mənim sən

Nə qədər varsan, o qədər varam

Və var olduqca mənimsən


[Bənd 2: PRoMete]

Mənə bəs edir o səsin qulağımda səslənməsi

Sənə bəs edirəm mən, amma bu bəslər nədir?

Yenə də mi, görəsən, sözlər qüruru kəsməkdədir?

Bu qədər illər də mi sözü gözüyumulu udmağa dəymədi?

Mən yenə neynədim, yenə neynədim?

Qapanır üzümə qapılar

Əminəm, açarı tapılar

Bu qapanışlar məni uzaqlara aparar

Və geri dönüşlər çətinləşər

Kömək olmaz nə sözlər, nə para

Üzü qışa gedirik, deyəsən, baharı axtara-axtara

Özümə söz verirəm, geri baxmaram!

Səninlə xoşbəxt olardım, yaşasaydım daxmada

Da-da-dam da-dam, yola ver!


[Nəqərat: Tofiq Hacıyev]

Həyatımı varlığınla bəzə

Sevinib uçuram səni görəndə

Nə qədər varsan, o qədər varam

Pərvanə təki dövrəndə

Mahnılarımda çıxırsan üzə

İlham pərimsən mənim sən

Nə qədər varsan, o qədər varam

Və var olduqca mənimsən


[Bənd 3: PRoMete]

Qarşıma çıxmasaydın, səni arardım

(Mütləq səni arardım)

O şüaların qışı apardı

(İndi ömrümdə bahardır)

Bəlkə də, çətin olardı, amma tapardım

(Mən səni tapardım)

Tapmasam belə, bizi yazardım

(Mən bizi yazardım)


[Nəqərat: Tofiq Hacıyev]

Həyatımı varlığınla bəzə

Sevinib uçuram səni görəndə

Nə qədər varsan, o qədər varam

Pərvanə təki dövrəndə

Mahnılarımda çıxırsan üzə

İlham pərimsən mənim sən

Nə qədər varsan, o qədər varam

Və var olduqca mənimsən