Released on October 26, 2009

Thumbnail

[Bənd 1: ProMete]

Ağ not, qara not çalır bəstəkar

Dörd oktava ona gəlir dar

Çalınacaq hələ çox zil, çox bəm var

Ahəng pozulub, özü hiss edib

Otaq səliqəsiz, həm də tüstü qoxur

Rəfdə olmalı kitabların yerdə çoxu

Saatda şarj bitib, işləmir oxu

Əqrəblər göstərir - 12:30

Həyat çox quduz

Oynamağa həvəs yox

Oysa hamı maskalarını taxıb

Öz pərdəsini gözlər

Niyə insanları işıq yox, kölgələr izlər?

Budur sual!

İşə düşür alışqan, yenə tüstü

Sanki bəstəkar tüstü ilə örtmək istəyir yaddaşının üstün

Gözlər eynək arxasında dolu və küskün

“Düzgün atılmamış addımlar, sonda uçuruma gətirir” - deyənlərə

“Həyat sınaqdır” - cavab verən bəstəkar intihara hazırdır

Pərdələr açılır, o, əlində dirijor çubuğu əvəzinə ülgüc

Son bəstəsinin son notunu venada qoyur

Və alçaq təzim…


[Keçid]

"Я играю ради игры

А вы судья по всему, играете что бы выиграть

Мы с вами слишком разные люди"


[Bənd 2: AiD]

19-cu əsr, Paris, təmtəraqlı Luvr

Burada hətta sənətkar əsərlərini unudur

Yəqin ki, o da unudur sevmədiyi peşəsin

Burada dünya onundur, amma o neyləsin?!

Burada divarlar tozlu, onun tozlu karyerası kimi

Buraya gələnlər çirkli, onun çirkli aurası kimi

Ötən hər gecə daha da zülmət, onda adi gün kimi

Taleyin sürprizləri qəddar olur ömür kimi

50 il əvvəl çəkilən ilk şəkildə

Amansız öpüş səhnəsi idi, oldu dəsti xətti

Hər şəkildə, hər rəfində olmalı Markizin əsərləri

Kətana dikili nəzərləri yeni düşüncə beynində

Rəssam geyimi əynində, artır daim tələbələri

Qocalmış, yığılmışdı artıq qolda əzələləri

Bilir rəssam metodikasını, ustalaşıb korlaşmaq

Rəssam iynəsi, işıqlı dünyayla sağollaşmaq

Sağollaşmaq istəmir ilham verən gözəlçələri

Gözəlçələrin fonundakı qışa dözümlü sərçələri

Ən incə bircə addım atıb ustad ola bilərdi

Ağ göyərçin qapı önündə bağlı qalmış pəncərəsi

Yox imiş uğur səhifəsi onun ağır həyat kitabının

Əsl döyüş qəlpəsi partlamışdı qəlbində

Amma ki indi bu muzeydə ən baxımlı əsərlər

Onun tələbələrinin yaratdığı nümunələr

O isə bədbəxt, gözünə iynə batıra bilməmişdi

Gözəlçəsin görmüş, onu yüzüncü dəfə sevmişdi

İtirmişdi daha sonra rəssamlığın, bu da nəticə

Şizofren növbətçi Luvrda hər gecə…