Bir Də Başdan

By PRoMete

On Sinqllar (2006-2015)

Released on March 19, 2010

Thumbnail

[Giriş]

Bilirsiniz, mən bu gecə bir fikrə gəlmişəm

Daha doğrusu, sizinlə razılaşmaq istəyirəm

Hıh, sən? Nə razılaşma? Axı sən...

Yox, yox, dayanın! Axı mən sizdən bu vaxta qədər heç nə istəməmişəm

Birinci dəfədir, sizdən bir şey istəyəcəm... Və son dəfə. Söz verirəm, son dəfə!

Yaxşı, buyur...

Nə olar, hər şeyi geri qaytarın!...

Başa düşmədim!

Mən başdan başlamaq istəyirəm...

Aparın bunu öz palatasına!

Söz verirəm, hər şey başqa cür olacaq...

Aparın bunu!

Mənə inanın....


[Bənd 1: PRoMete]

Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan

Ya da elədiklərini silmək bacarığı olaydı kaş ki yaddaşdan

Nə ürəklər olardı onda buz parçası, nə oynanılardı oyunlar

Nə anlaşılmazlıqlar olardı, nə də ki heç kimdə olmazdı baş daşdan

Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan

Beləcə sərhədlər də yığışardı, olmazdı möhkəmdən-yavaşdan

Ya da məftillərdən körpülər tikilərdi, tikanlar sökülərdi

Aralı qalmazdı bir də heç vaxt qardaş qardaşdan

Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan

Onda evim olardı çox sadə, ya taxtadan, ya da qamışdan!

Hər şeyi özümə dərd eləməzdim, dəli olardım, dərdimi çəkərdilər

Ya da özümü öldürərdim bu sosial quruluşlar qurulmamışdan

Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan

Dilinizi yalandan təmizlərdim, içinizi qorxudan-təlaşdan

Başa salmağa çalışardım ki, Adəm övladı, bu cür hərəkətlər yaraşmaz

Ya da olmasa, göyərçin olub sizi qurtarardım bu qanlı savaşdan

Necə asan olardı, hər bir addımımda tutan olsaydı əlimdən

Düşünsəydilər yerimə, ən xoş sözləri desəydilər, amma dilimdən

Yəqin, bu, ən unudulmaz hiss olardı - hər kəsə özü qədər doğma görünmək

Amma bacara bilmirəm mən palaza bürünüb ellə sürünmək

Necə asan olardı, istəyəndə çönüb olmaq insan yox, kölgə

Hər kəsi mümkün olsaydı sezmək, səni mümkün olmasaydı görmək

Hamıya ürəyimdən keçəni deyərdim onda çəkinmədən, bəlkə?!

Qorxutmazdı məni nə hədə, nə qorxu, nə də ki heç bir təhlükə

Necə asan olardı, istəmədiyin səsləri mümkün olsaydı söndürmək

Ya da xoş olmayan xatirələri bir anda boğub, məhv edib öldürmək!

Onda olmazdı yer üzündə nə cinayətlər, nə cəzalar, nə türmə

Nə gözüyaşlılar olmazdı, nə də qəmlilər, asan olardı güldürmək

Necə asan olardı, hər cümlədə olmasaydı bir cümlə sətiraltı

Lap körpə uşaq kimi tərtəmiz olardı onda bu şüuraltı

Yuxuları gecələr rahat yatardıq, nağıl kimi bir ömür yaşardıq

Lap sonda da kimsə göydən üç dənə qırmızı alma atardı!


[Çıxış]

Həkim: Kimin növbəsidir?