Aciz insan

By PRoMete

On 14

Released on February 14, 2011

Thumbnail

[Bənd 1: PRoMete]

Nə bir küçə, nə bir bucaq

Nə bir qoca, nə bir uşaq

Nə bir sətir, nə bir vərəq

Ovutmur mahnılartək

Yorğunam, dost, yorğunam mən

Əllərimlə sanki yükümün çiyinlərdən

Düşməməsinə kömək edirəm

Üzümə də qəm yapışıb

Gülərək gizləməkdən yaxşı heç nə tapmadığımdandır

Bu aciz təbəssüm daim çöhrəmdə

Gənclik bağçalarımı quraqlıq vurubdur sanki

Solubdur qönçələrim və tökülübdür pöhrəm də


[Keçid: PRoMete]

Şamam, dövrəmdə dövr edəndə pərvanə

Yandırdım, qanadın məhv oldu sevgimdən

Səni axtaranda sularda, dürdanəm

Çox dərin getdim, boğuldum mən


[Nəqərat: PRoMete]

Əgər sevmək acizliksə

Mən dünyada ən aciz insan, aciz insan

Əgər sevmək acizliksə

Mən dünyada ən aciz insan


[Bənd 2: Qaraqan]

Yaxşı qızla pis oğlan, dəli olmuşuq çoxdan

Bu sevgi deyil, fırtına, ya tufan

Gözlərindən alovlar, məni yandırıb-yaxar

Zəng eləyin 101-ə, dostlar-tanışlar!

Qurtarın məni buradan, gizlədin məni ondan

Onun gözləri salır yenə məni tilsimə

Çağırın polisləri, verin onu məhkəməyə

Oğurladığı ürəyimi qaytarsın geriyə


[Keçid: Qaraqan]

Şamam, dövrəmdə dövr edəndə pərvanə

Məhv etdim onu, sonra vuruldum mən

Səni axtaranda sularda, dürdanəm

Çox dərin getdim, boğuldum mən


[Nəqərat: Qaraqan, PRoMete]

Əgər sevmək acizliksə

Mən dünyada ən aciz insan

(Ən aciz insan, ən aciz insan)

Əgər sevmək acizliksə

Mən dünyada ən aciz insan

(Ən aciz insan, ən aciz insan)

Əgər sevmək acizliksə

Mən dünyada ən aciz insan, aciz insan

Əgər sevmək acizliksə

Mən dünyada ən aciz insan

(Əgər sevmək acizliksə)

(Mən dünyada ən aciz insan)

(Ən aciz insan, ən aciz insan)