40-cı Qapı (Alterego H.O.S.T)

By PRoMete

On Sinqllar (2006-2015)

Released on June 15, 2010

Thumbnail

[Bənd 1: AiD]

Mən bəzən düşünürəm ki

Biz həyatdan filmə baxırıq

Yoxsa filmdən həyata?!

Kainat çox qəribədir

Nağıllar verir maraq ümidsiz camaata

Bir neçə saata sökülə bilər

Ömür boyu tikilən etibar qalası

Cənnətə yol cızanların bağlanar qapısı

Bir günlük fərz-fatihə qədər

Bağlı qapılar mənə dərd verər

Barmağında arzularını qatla

Hər kəsin öz seçimi var həyatda

Qapılar arxasındakı çapıqlar

Qarşı tərəfin etiraz hissləri

Yaddaşımda qorxunc fikirlər

Hər yeni gün keçmişi gizlədir

Mən bəzən fikrə gedəndə

Gözlərim yol çəkəndə

Gecə vaxtı Aya baxanda

Yuxulu, ya da ki oyaq qalanda

Hər beynin öz düşüncəsi

Hər ürəyin sevinci-kədəri var

Kim dünyasını dəyişmək istər?!

Hər dünyanın öz dərdi vardır!


[Nəqərat: PRoMete]

Çığırdım, bağırdım...

Qapı bağlıdır, qapı bağlıdır

Əllərim uzana qaldı

Qapı bağlıdır, qapı bağlıdır

40-cı qapı, 40-cı qapı...


[Bənd 2: PRoMete]

Bizi nağıllarla böyütdülər ki

Həyat asan görünsün bizə

Gücümüz çatanlar Cırtdan oldu

Bizdən güclülər döndü divə

Və bir gün böyüdük baxanda

Gördük ki, həyat daha da qəddar

Bizi bağlayıb dörd divarlara

Bizi bağlayıb dörd divarlı evə...

Gücümü yığaraq bu divarı aşacam

Axtarıb haradasa mən açarı tapacam

Önümü kəsən qorxulu divi öldürüb

Açarla 40-cı qapını mən açacam

Gücümü yığaraq bu divarı aşacam

Axtarıb haradasa mən açarı tapacam

Önümü kəsən qorxulu divi öldürüb

Açarla 40-cı qapını mən açacam


[Nəqərat: PRoMete]

Çığırdım, bağırdım...

Qapı bağlıdır, qapı bağlıdır

Əllərim uzana qaldı

Qapı bağlıdır, qapı bağlıdır

40-cı qapı, 40-cı qapı...

Çığırdım, bağırdım...

Qapı bağlıdır, qapı bağlıdır

Əllərim uzana qaldı

Qapı bağlıdır, qapı bağlıdır

40-cı qapı, 40-cı qapı...