2012

By PRoMete

On 14

Released on February 14, 2011

Thumbnail

[Giriş: Vüqar Hosted]

Sonda hər şey öz qutusuna qayıdacaq...

Qayıdacaq...

Qayıdacaq...

Qayıdacaq...

Qayıdacaq...

Qayıdacaq...


[Bənd 1: PRoMete]

Nə qələm olmur kömək, nə ağappaq vərəqlər

Bir ağırlıq varsa ürəkdə

Küləklər aparsın külünü

İstəyirsən, yanasan

Hərdən fikirləşirəm ki, yuxudayam

Bütün bu ağırlıq düşəcək çiyindən

Nə vaxt ki oyanacam

Amma haçanacan davam edəcəyini bilmirəm

Mən əhatə dairəsindən kənarda

Sən isə Bermudumsan

Ümidlər sonuncu ölür, sən son ümidimsən!

Amma yoxsan yanımda

Varsan içimdə

Hər addımımda gözümün önündə

Nəsə səni xatırladır

Zəng edirəm

Ya uzun-uzun çağırır

Ya da nömrən qapalıdır

(Bir az sonra zəng edin)


[Nəqərat: Qaraqan]

İndi kömək eləmir bizə qanadlar

Yerimiz uçurumların kənarı

Guya qaça-qaça biz xəzandan

Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir bizə qanadlar

Yerimiz uçurumların kənarı

Guya qaça-qaça biz xəzandan

Uzaq saldıq özümüzdən baharı


[Bənd 2: PRoMete]

İçimiz daş bazarı, ya da ürək məzarı

Gözlərimiz qızarıb, bəbək yerinə qan damarı

Gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa

Bu sonsuzluğun sonu bizi, görən, hara aparır?!

İşlərimiz artır-artır, azalır sevginin vaxtı

Ünsiyyət iki sözlük: “Necəsən?”, cavab: “Yaxşı”

Soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı

İnkubator insanlarının olmur qardaşı


[Nəqərat: Qaraqan]

İndi kömək eləmir bizə qanadlar

Yerimiz uçurumların kənarı

Guya qaça-qaça biz xəzandan

Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir bizə qanadlar

Yerimiz uçurumların kənarı

Guya qaça-qaça biz xəzandan

Uzaq saldıq özümüzdən baharı


[Bənd 3: PRoMete]

İndi kömək eləmir iynələr və sistemlər

Məhv olunan sevgilərdir insanların hirsindən

İndi kömək eləmir magiyalar, ya da dinlər

Dünyanı qurtarmaq üçün bu qapqara tilsimdən

Sadə şeylər məntiq üçün fantastikdir

Texnikalar üstələyir insan ağlın

Kim yazır, görəsən, bu əsəri?

Sonunu görmək maraqlı olardı bu nağılın

Kiminsə gözü bağlı, kiminsə ağlı bağlı

İtib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq

Satılır hətta enerji də, indi hər şeyin öz qiyməti

Ürəklər də icarəyə verilir, bir neçə yataqlıq


[Nəqərat: Qaraqan]

İndi kömək eləmir bizə qanadlar

Yerimiz uçurumların kənarı

Guya qaça-qaça biz xəzandan

Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir bizə qanadlar

Yerimiz uçurumların kənarı

Guya qaça-qaça biz xəzandan

Uzaq saldıq özümüzdən baharı