Released on February 14, 2011

Thumbnail

[Bənd 1]

Biz nəyin axtarışındayıq, görən?

Bu illər nə öyrədir və ya nələr alır bizdən?

Uşaqlıq oyunlarımız oyunlardan reala dönür

İndi həyat məcbur edir, deşik axtar, qaç-gizlən!

Nə qalacaq bizdən? Nə? İzlər?!

Ya da özünə qapanıb içini boşalda bilməyən sözlər?

Mən 11 ildir, qələmə dostam

Və 11 ildir, boşdur poçtam

Yazıram, cavab gəlmir

Mən axtarışdayam

Hər qarışda onu tapacağımdan əmin idim

Amma yaş keçdikcə ümidim itir

Labirintlərin ortasındayam

Sözüm iti gündən-günə, faydası nə?

Öyrədin qaydasını

Bəlkə həyat adlanan komediyada mən də rol aldım


[Keçid]

Alo, Mete...

Haradasan axı, sən?

Nə vaxta kimi qaçacaqsan?


[Nəqərat]

Qaçacam özümdən də

Gizlənəcəm o ağacın kölgəsində

O ağacı özüm əkmişəm

Ya da çəkmişəm

Sonra silmişəm

Siz həyatı ciddiyə aldıqca

Mən oyun bilmişəm

İkiləşmişəm

Bir tərəfim bağçaya gedəndə

Bir tərəfim gedib işə

Mən ən çox özümə gülmüşəm


[Bənd 2]

İllərin qazandırdığı qırışlardır

Başqa heç nə!

Olmur bu zolaqları

Qırışlarsız keçmək

Hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək

Amma nə dəyişəcək ki bu köçlə?

Qaça biləcəksənmi əsas köçdən?

Həyat çapar, biz köhlən

Gündən günə köhnəl və köhnəl

Qədir ağacının meyvəsini yeyir kimlər ki

Sən də ümid edirsən

Yenə nə yığışmısan

Sən yenə hara gedirsən?


[Nəqərat]

Qaçacam özümdən də

Gizlənəcəm o ağacın kölgəsində

O ağacı özüm əkmişəm

Ya da çəkmişəm

Sonra silmişəm

Siz həyatı ciddiyə aldıqca

Mən oyun bilmişəm

İkiləşmişəm

Bir tərəfim bağçaya gedəndə

Bir tərəfim gedib işə

Mən ən çox özümə gülmüşəm


[Çıxış]

Bizim həyatımıza ən çox təsir edən iki şey var

Ya olmalı hadisələrin olmaması

Ya da olmamalı hadisələrin olması