Parıltı

By Paster

On Lotos

Released on March 22, 2024

Thumbnail

[Bənd 1: Paster]

Hərə bir cür dəli

Ətraf “Ölülər”dir, mən isə Cəlil

Bozdur şəhərim, hamı əsəbi

Yoxdur vaxtım, yoxdur səbrim

Yoxdur səmtim, həyatım hadisədir

Gəldin anidən yuxuma

Gözlərin dənizdir, üzdüm dərində, boğulam

Vaxtsız ölməyə qorxuram

Sən bülbül, küysən, bağsan, mən isə sevirəm oxumağı

Zamana nə karə

Yazdım, qalsın əsrlərə mən və hekayəm

Pul dalınca qaçan insanlarıq, yoxdur çarə

Xoşbəxtlik bahadır, gərək, götürüm icarə

Sarı teldə simsən

Şeirlərə həbs elədim, yandırıb isin sən

Qəlbindən silə bilməzsən, telefondan silsən

Boz şəhər quyudur, məni dartmalıdır kimsə

Sən olmayanda pisəm

Əllə çəkib Tanrı gözəlliyini, sən mənimsən

Bu gecə ölə bilərəm əllərində

Qəlbinə toxunsam, bir gün dərd əriyər


[Nəqərat: Rzza]

İnanıram, deyil səhv

Edim sənin parıltını seyr

Sevgim sənin qərarınla deyil

‘’Baby’’, zərif dodağında sehr var

İnanıram, deyil səhv

Edim sənin parıltını seyr

Sevgim sənin qərarınla deyil

‘’Baby’’, zərif dodağında sehr var


[Bənd 2: Paster]

Soruşsan, necəyəm?

İtirmişəm reallığı, yuxuda gerçəyəm

Hər səhər ölürəm mən

Parıldayan ulduz məhkum əbədi gecəyə

Çeşmələr daha axmasın

Arzuları var olanın saray olub daxması

Könlüm oddur, dəniz məni söndürməz

Yanmaqdan qorxursan, gözlərinə denən, baxmasın


[Bənd 3: Rzza]

Ciyərlər ayazdırsa

Gözəlliyin ömrü az, həyat qısa

Küsüb qələm səndən daha yazmırsa

Könül son nəfəsdə qırılan bir sazdırsa

Karvanım sevgi, mən səhrada zəvvaram

Çevrildim mahnıya, qalib gəlim zamana

Xəyalın yuxudursa, yenidən oyanmaram

Sən olan dünyada mən varam


[Nəqərat: Rzza]

İnanıram, deyil səhv

Edim sənin parıltını seyr

Sevgim sənin qərarınla deyil

‘’Baby’’, zərif dodağında sehr var

İnanıram, deyil səhv

Edim sənin parıltını seyr

Sevgim sənin qərarınla deyil

‘’Baby’’, zərif dodağında sehr var