TABOO

By Okaber

Released on February 13, 2016

18K Views

Thumbnail

[Bənd]

Gəl, yağışa addım ataq, ya da qarışaq buludlara

Gəl, ümidvaram sözünü dəyişək, olsun unutmaram

Gəl, elə bir torpağa girək ki, əbədi yata bilək

Ya da elə bir duaya dönək ki, Allaha çata bilək

Mən geri dönənə qədər ''bütün ulduzları say'' demişəm

O qədər dəli oldum, qışa yay, noyabra may demişəm

Sən yarımın qasidisən, əyləş, sənə çay demişəm

Bəlkə, tez xəbər gətirəsən yardan gələn ay, demişəm

Gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq

Gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq!

Mən gözəlliyinə aşiq, sən isə Qarabağ olaydın (kaş)

Mən Müşfiq olaydım, sən də yenə o bağ olaydın

Gəl, elə bir külək ol, kəfənimi cır, mənə əs, gedim

Ya da şaxta ol, beynimi dondur, bədənimi kəs, gedim

Geri dönməzmi gedən qatar, bir dəfə dayanmazmı?!

Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?! (heç vaxt)

Biz yolunan saçların əvəzini yolmağa gəlmişik

Biz Xarıbülbülün haqqını almağa gəlmişik

Mən şəhidəm, sən qərənfilim, solmağa gəlmişik

Biz tək müharibədə könüllü olmağa gəlmişik!

Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək

Gəl, Turanda görüşək, ayələrə dönək, Quranda görüşək

Gəl, əbədi Bozqurda dönək, ulayaq qiyamətə

Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək!

Gəl, Turanda görüşək!

(Gəl, Turanda görüşək!)