Released on December 13, 2020

Thumbnail

[Bənd 1]

Bir ölüb min dirilərik, birimiz hamımız, hamımız hər birimiz

Çəkilin kənara, yerdəki cənnətə gəlirik biz

Bu sanki atalar sözü, atalar məsəlidir

Azərbaycan! Vətənim cənabı-haqqın şah əsəridir

Sevgini verib almaz, hamı eyni sevir səni, kimsə geri qalmaz

Nurun bu şanlı qələbənin başlanğıcı idi, generalımız!

Düşmənin hər biri fərari, bizim hər birimiz fədai

Hər birimiz Babək, hər birimiz Şah İsmayıl Xətai


[Keçid]

Növbəti stansiya...

Mərcanlı

Mahmudlu

Soltanlı

Xələfli

Qumlaq

Həkəri

Xurama

Mincivan

Zəngilan

Bartaz

Ağbənd

Seyifli

Təzəkənd

Ağdam

Əsgəran

Xankəndi

Karçevan

Mehri


[Bənd 2]

Bizə yaraşır qələbə, ''Harop'' güllələnmir, ə üz qarası

Bizə yaraşır qələbə, Bakıya Alov qüllələri və Qız qalası

Mən səndə, hər səndə gördükcə həvəsi nəfəsim ənsəndə

Necə Məhsəti yaraşır Gəncəyə, necə Nizami yaşayır Xəmsəndə

Gör, götür həm sən də, vaxt tamamdır sonda, gətirək hesabı

Bizə yaraşır qələbə, ''techno''a Karabin, repə Okaber, satiraya Sabir

Arabir daha bir dahi, bir əfsanə gələr dövrana

Bizə yaraşır qələbə, səmazənlərə Mövlanə


[Bənd 3]

Bu silah əldən düşməz, tətiyə basanlar həzz alasıdır

Sanki düşmənə qarşı yenidən qurulan Bəzz qalasıdır

Sanki Spartadır bu, həm xatırladır Çənlibeli, 7777 dəli!

Əsgər vətən əmanəti, (yurd) yurd, torpaq əmanəti

“Şuşanın dağları” şeirindəki üçrəngli bayraq əmanəti

Qanla yoğurulan torpaqlar gələcək nəslə etibar

Hər bir Şəhidin müqəddəs ruhuna ehtiram...