[Bənd 1: 90 BPM]
2 il “AzRep”dən uzaq qaldım, darıxmadım
Əksinə Aslixanı dinlədim, elə arıqladım
YAP10-nun ölümü ilə unutdular bunlar "battle"ı
Heykəli ucalmalıdır “Disslandiya”da “Gladiator”un
Mikrofon arxasında sərt olub da üzdə gülmürəm
Canavaram, nə qurdam mən, ulamıram, hürmürəm
Gərək, yeni bar verən reper yetişdirim
“New School” deyiləm, "track"lərimi haradansa əkişdirim
Mən “Kefli İsgəndər”, əlimdə “Long Island”
Hamı üçün təhlükəli, ipi çəkilmiş bomba idim
Həyat sürətli qatar, yolumuz çox uzundur
Oyatma, son stansiya "Azadlıq" olanda ayılım
YAP10, Tepki ilə “battle'”, Hayki ilə “feat” edəcəkdin
Muzzi qoymadı, istədi, üstündə “cash” verim sənə?!
Muzzi, "X"i içinə batıb pas verə bilmirsənsə
4-ü qaytar, “PlayStation 5” verim sənə
UG BPM-də “mic control”dadır
"Battle"a çıxmadan öncə: “EGP-dən qaç”,-səsi gəlir
Şah deyiləm, şah uduzur, mat səsi gəlir
Necə ki “три нуля” uduzan Trinodan çat səsi gəlib
“True rep” hara, “gangsta” hara?!
Hər baxanda ulduzlara anlayırsınız gününüz qara?
Bir dəqiqə e, başa düşmürəm, necə olur ki
“Federal” olan içəri gedir, olmayanlar Gürcüstana?!
Qaqalar “gang”dir, qaqalar “Shawshank”də
“AzRep”in poladdan olan divarlarını partladırıq
Rzza ilə bir zamanlar bir-birimizə “diss” atırdıq
İndi isə futbol oyunlarına şərik “счёт” atırıq
Shuge yığdı dedi: “Noton, istəyirəm M Kalibre
Əvvəlkitək “bonagua” içib “bounty” yesin”
Dedim, narahat olma, 11 illik dostu üçün geri qayıdar
Əsas odur, götlü-başlı “round” desin
“Underground” desin
[Bənd 2: 130 BPM]
Kim ki çıxıb desə, bunlar hamısı oyundur
Öncədən qurulmuş plan idi
Əyri oturub, düz danışası olsaq, düşündüyünü yox, olanı de
“AzRep”də böyük kimi tanınan bir çoxu bizə ilk badalağı vuran idi
Hər gün uşaqları yığıb maraqlanan Xose deyildi ki, “Uran” idi
Dağılır “вечный”, “direct”im
“Кухня” söhbəti yox, hamısı “public”dir
Yazırlar, görürük, kim ki valikdir
Aslixan xaindir, Mehdi sadiqdir
Pis təsadüfdür
Qazandığın uğuru da özgəsindən aldın
Mən kimiləri şöhrət paylayır
Sən şöhrətin kölgəsində qaldın
“Dəfn Mərasimi”dir, dost, aramızda
Yeməyə gəlmişəm aş-qaranızdan
Aslixan elə bir rep edəcək, adınız düşəcək dastana, qızlar
“Qazancımızı bir bölək”,-deyirdim
“Battle-da haqlını görək”,-deyirdim
Çağırdım, dedim: “Gəl”,- sən mənə nə dedin?
Dedin ki: “Bir qismət çörək yeyirdim”
“AzRep"də Günəş partladı
O, "attack"a keçmək üçün yenə "start"dadır
Baxma, çıxıb deyərsən, sübutum var
50 GB-lıq “flashcard”dadır
“Çay verərsən?”,-deyirdin
Gəldim, çay verim sənə
Gəldim ki, hay verim sənə
"Hype"ımdan "hype"ına “hype” qatıb
"Hype"ımdan pay verim sənə
Nə isə, mənim sənə verəcəyim hesab yoxdur
Brilyantdan, ya da qızıldan yazır
"AzRep"in qızılı Asap Golddur!
Eşidir səsimizi: Bakıdan İstanbul
Okeanda üzürəm, "makinam" islanmır
Necəsən, Ağəli? Respect, Russo!
Gəncə repində tək “акула” Ruslandır
Hələ ki hesab 2:0-dır
Mənə “diss” atanların aqibəti nə oldu?!
YAP10, sənləyəm, aqibətin nə oldu?!
"Kalibre"nin işi-gücü "diss" atmaqdır
Bir də “battle” repi təkbaşına yaşatmaqdır
"Tiki-taka" sistemi ilə pas atmaqdır, demək
Güllələrin hamısını boşaltmaqdır
Aslixan, de görüm, necəsən?
Yığıb karyeranı top kimi çiləsəm
Neyləyə bilərsən?! Gətirdin dilə sən?
Sənə uduzsam, repi atacam, biləsən
Düz deyirsən, Tibu, ZiqZaq deyilik
Qorxusundan çıxmır yer üzünə gor eşən
Göy üzündə yoxamsa, yer altında günəşəm
Varsa, gəlsin mənlə "battle"da dirəşən
[Bənd 3: 145 BPM]
"Battle rep"də tək tanrıya baş qaldıran balaca-balaca şeytanlar var
Nəinki mənə çatmaq, başınızı səcdədən qaldırınca yorularsız
Qanadlarınızı qırıb tullayacam insan tələsinə, meyvəyə dəymə
Sizə aid olduğunu zənn etdiyiniz yerlərdən qovularsız
Reinkarnasiyaya inanan dinləyicilər qulaqcıqda - “полный ход”da
Aslixandan rep qoşub öldürsəm sizi, gələr bax, doğularsız!
“Пивной”da 3 pors YAP10 yeyib gəlmişəm, beynimi çöndərməyin
"AzRep"in qapısını aralayıb ostursam, iyisinə boğularsınız
“UG BPM”dir “Vegas”
Yanımda Pirşağılı Banderas
Oxuyur: "Ah Lele Ahlalas"
"Ah Lele Ahlalas"
“UG BPM”-dir “Las Vegas”
Yanımda Pirşağılı Banderas
Oxuyur: "Ah Lele Ahlalas"
"Ah Lele Ahlalas"
Baxsaz, çox “class” bir son var
Sən yaxşı, get denən: pis onlar
Üzdə olanlar gəmini ilk tərk elədi, “getto”larsa sonda
Türkiyə “sound”u ilə ayaqlaşdıq, gələrsən, get, gələn sezonda
Türkiyəyə məhşur olmaq üçün gəlsəz
Bir gün, göt olarsız ond
YAP10, sirrini bölüşə bilərsən?
Dildən iti oldun, görüşə gedərsən
Haradasa baxıram, eyni boydasız
Balaca Notonla sən öpüşə bilərsən?
Sənə tərəf hərəkət edərsəm
Dadlı meyvəsən, bəlkə də, dərsəm
Balaca ağacsan, suluyacam səni
Bir gün böyüyüb kölgə verərsən
Nəzarət edirsə vaxta qoyunlar
Fırlanır başda saxta oyunlar
Bərbərə gedirsən, boyun çatmır deyə
Stulun üstünə taxta qoyullar?
Konsert zalları boş qalıb
Anlayıram, səhnən böyükdür
Noton tək yox, balaca Noton belə
Qalxanda haradasa səndən böyükdür
Yaxşı, "Global"ın qapısını “direkt” döyməyək
Elə yol tapaq ki, qapını döymək üçün sənə-mənə gərək görməyək
"Battle"da ehtiyac var "El Clásico"ya, bir az "derby"yə
Baxıram sizlərə, bir az gözləyək
“AzRap”in ehtiyacı var "FTB"yə, "EPİ"yə, "Alekpervi"yə
Reperə yazmaq üçün vərəq verməyək
Sonu gedir axı bunun, heyif, bölməyə
Oynayan daim zirvəyə özünə ayıb bilməyə
Nə YAP10?! Nə Aslixan?!
Mən gəlmişəm “AzRep”ə “hype” verməyə
Pulsuz çıxmışam bu gün "battle"a
"Kalibre"ın güllələrin bir-bir atıram
Gəl bilgini artıraq, get min cin atına
Mənim çatmaq çətin istedadıma
“Hip-Hop Rap”də viski dadıram
Ləkə salma sən repin adına
Özümü “Eminem” ilə bir tutammıram
O, “8 Mile”, mən "Noyabr"am!
Pulsuz çıxmışam bu gün "battle"a
"Kalibre"ın güllələrin bir-bir atıram
Gəl bilgini artıraq, get min cin atına
Mənim çatmaq çətin istedadıma
“Hip-hop Rap”də viski dadıram
Ləkə salma sən repin adına
Özümü “Eminem” ilə bir tutammıram
Fəxr edirəm, “8 Noyabr”am!