Tək Başıma

By Noton

Released on December 19, 2025

Thumbnail

[Bənd 1]

Everestin üzərinə yağır qarlar

Gecələri gündüzlərdən daha parlaq

Tək başına otur, bütün günü ağla

Yumaq olmur axı bu şəhərdə qanı qanla

Hamını boş ver, sən gəl məni duy

Döyüş qaçınılmazdır, ilk zərbəni vur

Bu şəhərin canavarı, yıxıldınsa, dur

Çünki yıxılanı yemək küçə qanunudur

Bu qədər yaxınkən yadlaşıram

Öz-özümlə hər gün uzaqlaşıram

Nə sevgilim var, nə də ki bir dostum

Bu yolda qalmışam tək başıma

Durmadan ölümə tərəf qaçıram

Gözümü yumub açdıqca yaşlaşıram

Nə yazıla bilər mənim baş daşıma

Bu həyatda savaşıramsa tək başıma?


[Nəqərat]

Qürurumla uşaq kimi oynadız

Onu oyuncaq bilib qırmağı siz necə bacardız?!

İndi onu necə sağaldım?!

Bir yol var, onu tapardım

Sizə olan son ümidimi gültək necə qopardız?!

Özünüzlə onu apardız

Qürurumla uşaq kimi oynadız

Onu oyuncaq bilib qırmağı siz necə bacardız?!

İndi onu necə sağaldım?!

Bir yol var, onu tapardım

Sizə olan son ümidimi gültək necə qopardız?!

Özünüzlə onu apardız


[Bənd 2]

Deyirlər, böyüdükcə risk almıram

Daha sevdiklərimi heç kimə qısqanmıram

Yağışı sevmədiyimçün islanmıram

Bir gecə də dəyişdim Bakını İstanbula

“O şəhərdə öləcən, dön”,-dedilər

Doğru bildiyim yoldan geri dönməyəcəm

Məzarıma girib yatıb ölməyəcəm

Yer altında Günəş olacam və sönməyəcəm

Ağıllıydıq, döndərmisiz dəliyə bizi

Buzlar olduğu kimi qalır, bax əriyən bizik

Mindirmisiz su alan o gəmiyə bizi

Köhnə kapitanam, unutmuşam sanki dənizi

Günahımız yoxdur, çünki təmizik

Dünyadakı cənnəti bax elə haqq edən bizik

Tanrım, çağırmısan nə deyə bizi?!

Bizə vermişdin ayrılıq hədiyyəmizi


[Nəqərat]

Qürurumla uşaq kimi oynadız

Onu oyuncaq bilib qırmağı siz necə bacardız?!

İndi onu necə sağaldım?!

Bir yol var, onu tapardım

Sizə olan son ümidimi gültək necə qopardız?!

Özünüzlə onu apardız

Qürurumla uşaq kimi oynadız

Onu oyuncaq bilib qırmağı siz necə bacardız?!

İndi onu necə sağaldım?!

Bir yol var, onu tapardım

Sizə olan son ümidimi gültək necə qopardız?!

Özünüzlə onu apardız