Dəfn Mərasimi

By Noton

Released on January 13, 2019

Thumbnail

(Nəqarət)


Bu onların dəfn mərasimi 8x


Noton:


Piyan olmur onun pivəsi bol su

Vine çəkən hər kəsin nivası olsun

Repə Aygün adlı qız gətirəcəm

O da Azərbaycan repinin divası olsun

Olmuyan səsimə pul tökəcəm

Sonra qalib edəcəy məni münsifin birisi

Repi atacam olacam müğənni

Çünki əməkdar artist olur olüsü-dirisi

Ay Zauru, Səmədi, Elarizi

Yığışdır efirdən eləbil terrorizmdi

Üstümüzdə qara buludlar var bu bəla bizimdi

Pərvini kim idiki Nəsibəsi var ikən

Qarışacağ onların yuxuları birdən

Paparazzi tutdu naski satarkən

Tarix Əliyev təmizlə buları efirdən

Korluyur bunlar əsəbimi

Sən özün bu işdə əhsən dedin

Tv'ni açanda ürəyim bulanır

Görməkdən Kamran Həsənlini

Şou biznesimizin əjdahası var

Hələ ceyranı, Maralı, Cavanşiri

Zooparkda mən də konsert verəcəm Elza Seyidcahan kimi

Onları bilirəm əl dəyməz mənə

Noton onlara görə xırda balığdı

Böyüklər də var ki görməzdən gələr

Səidənin məmələri çöldə qalıbdı

Müğənnilərimizə nümunə gətirəcəm

Mirəliyev Əlini və birdə Manafı

Xalqımın gözündə varlı görünməyçün

Cıracam atacam efirdə manatı

Adımı eşidəcəysiz məhkəmələrdə

Hakimdən bir günlük vaxt alacam

Məclisin birində rumka qaldırıb

Söyüş söyəcəm elə partdadacam

Altından qalxmasamda götürəcəm

Kirayə ev və prakata maşın

Düşəcəy xeyli təpələrə daşım

Ağrıyacağ mənim hələ gör nə qədər başım

Elə bilirsizki bəyənmiriy

Playlist`im Eyyubdu, Natavandı deyim

Üzeyiri dinlədim parçalandı beyin

Siz bizə efirdə "Narkamandı!" deyin

Eliyirik Hardcore rep

Zorluyuruq buların məntiqini

Undergroundun ən dibində biz

Yaşadırığ repin əntiqini

(Nəqarət)


Bu onların dəfn mərasimi (8)


Aslixan :


Bu döyüşə başdıyanda

İlk dedik ki, "Ala biz neyniyəciyiy?"

Axı bu qədər adamnan problem olacağ

Tənqidlərnən çeynənəciyiy

Ba bunların hamısı daydaylıdı

Prinsipləridəki tam ayrıdı

Siləcəylər bizi məhv edəcəylər

Ki bizi dinliyən tam ayılır

Heç əsil sənətdən bəhs etmədiz

Misal Aygün Bəylərə səs vermədiz

Nə qədər sinənizə döysəzdə siz

Məni Xumar xanım qədər məst etmədiz

Burda düzgün kimdisə o da dinməz

Elə bax gör qalıbdı sona kimlər

Bu ölkədə Alim Qasımov varkən

Başqa bir əfsanə ola bilməz!

Ah, bilin bunu

Bax 100 diss'dən hələ 1-i budu

Şəhidimin haqqını çeyniyən qız

Sənin qanın qarışığdı dişin quduz

Gör nə gündədi bu sosial media'm

Rеytinq gətirir çirkin xəbər

Əslində bunlar onların əlindədi

Bunların hamsın qəsdən edər

Axı sərf eləmir

Heç sərf еləmir

Guya onlara qarşı bi səhv elədiy

Ad çəkib onları məhv elədik

Çünki qladiyatrlar əhv eləmir!

Biraz boşluq buraxdıq bazarı qapdız

Gör nə qədər sizə rəhm elədiy

Amma Qaraqan demiş : Əl-Fatihə

Necə hamınızı bir dəfn elədik

(Nəqarət)


Bu onların dəfn mərasimi (8)