Ver Bura

By Neocortex (AZE)

Released on December 30, 2019

Thumbnail

[Bənd 1]

Qabağımı alamaz Van Damme, bu da bandam

Az qalıb bizim basqına

Maskam sifətimə oturub, patronum doludur

Aclıqdan yoruldum deyənə yazıram bu gün dastan

Dastanın baş igidi kasıb idi

"Доширак" yeməkdən "уже" başı gedib

Yaşı indi yuxarıdı, amma vəziyyəti yaxşı deyil deyə

Girib qatara millətə baxaraq bağıracaq:

"Motherfucker" mənə ver yadigar qalan anandan üzüyü

O dünyada bir az onu küsdürüb, topla gücünü

Onla görüşmək əvəzinə sağ qal bu günü, ver o üzüyü

Xanım təcili açın bir əlinizi

Həmin qızıl qolbağın qisməti bizik

Üstünü də bir dəfə silin

Çünki lombarda onu DNT'niz ilə vermək istəmirik, civi


[Nəqarət]

Nəyin var, nəyin yox ver bura! (Ver bura!)

Nəyin var, nəyin yox, ver bura! (Ver bura!)

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!


[Bənd 2]

Necə yəni mən qəbul olmadım?

Nə deməliyəm? De, nə eləməliyəm?

Bəlkə, birdən anidən bəxtim gətirər və

Biri mənə əlini verər, işlə təmin eləyər

Məsələn, laboratoriya siçanı ya da saz təmir eliyən

Ayı xayalarından xəz dəri eliyən

Səhnəyə çıxaraq ağlamalı reallığı məzəli eliyən, yox əsəbi deyiləm

Nəyə görəsə biz mövcuduq

Çünki səmada bizim mövcud olmağımız bomba mövzudur

Biri məni soyacaq, göylər göz yumur

Polis nəsə gecikir, "motherfucker" tez olun

Demək, özümü eləməliyəm müdafiə

Tanrı əvəzinə tapancam eliyir müdaxilə

Lüləsi buxar ilə, bənzəyir civə xüdafizə

Clack-clack və belə bitir müharibə


[Nəqarət]

Nəyin var, nəyin yox, ver bura! (Ver bura!)

Nəyin var, nəyin yox, ver bura! (Ver bura!)

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!

Üzüyünü ver, qızılını ver, sırğanı ver!

Hamısını, hamısını ver!