Released on February 24, 2026

Thumbnail

[Bənd1: 90 BPM]

Bakı yetişdirib məni həqiqətə məhbus

Məxfi təbiətli casus, gizli təriqətə mənsub

Mən subliminal üsulla torpaq sulayıram

Canavar ovçusu şübhə ilə baxır, görür, Ay çıxanda ulayıram

Çox maraqlı rebus çıxıb ortaya

Dostunu rəhbər elədin, dostun indi soxur ortama

Bilirsən ki, soxur, amma gizlədir

Və saxta təbəssümü həyat eşqinə toxunur yaman

Biz bu cəngəlliyi əngəlləyə bilmədik

Virus bulaşdı qana, həll eləyə bilmədik

Uğraşdıq, amma dərk eləyə bilmədik

Virusu yaradan da, dərmanı satan da

Eyni tip adamdır, ay qa

Eyni tip adamlar, amma ayrı dallara girən

Təpdirib igid vacib zaman tüfeyli hallara girən

Maddi maraqdan ki, xanım şallara girər

O an bir durmayan duduş cavan xəyallara girər

Gözdən qaçırmısan ətraf-harayda məni

Mənə küçədə ustad deyirlər, sarayda müəllim

Mən səmadan düşdüm ki, keçim yeraltı təlim

Hip-hop qancığımdır, baldırında yer aldı əlim

Neo matrasadan çevik - qoşulmada laq var

Juklar jukluq eləyir, kodumuzda “bug” var

Rəqabəti məhv elədim sadəcə “unplug”la

Mikrofonda çiterəm, sətirlərimdə haqq var

Küçələrim zəhərlənib, zaylayıb kimsə

Məsləhət adı ilə virus paylayır

Mən bilirəm, nöşün cəsurların anaları ağlayır

Oğullar tullanıblar paraşütsüz, daşşağına arxayın

Üzüm səliqəli, görüb işini “gillette”

Tanrı qorumasa, qoruyacaq zirehli jilet

Mən “европейский” azik, dolma yanında “baget”

Duruşum möhkəmdir, sanki xanım oynayır balet

Misralarım daha ağır bariqanın yuxularından

Ətri yadda qalır tin-dalanın qoxularından

Haradadır narkoman, narazı fəhlə oğullarından?

Gedir, danışır gənclik uğurlarından

İşlər yolundadır, kefi kök idarəçiyəm

İngiliscə desəm, elə bilərsən, “verse”də bir zənciyəm

Dinlə məni, ciyəm, oqədər hörmətim var ki

Sanki mavi gözlü xariciyəm Neo, UNO!


[Bənd 2: 130 BPM]

Mexaniki bədən hissələri

Neo, fəxri adı qara listələrin

Mən Teos, yaradıcı karatist qələmim

Bu tərzə başqası risk eləmir

Şirkətlər məni özü də sevmir

Gözlərində cani, antaqonistəm

İstedadım mənə göydən vergidir

Vergini sevmir kooperativlər, rah

Bizləri barbar ediblər, rah

Donmadı qarda bu divlər, rah

Məcburən udacaqlar “verse”lərimizi

Hələlik qar-qar edirlər, rah

Qabağıma tikanlı məftillər qoyub

İllər boyu sənaye kindən

Bu sətirlər günlər boyu

Tinləri təmsil edir kirə evindən

Birdən solur havalar, bahar gedir vilayətimdən

Günlər soyuq olur, Günəş rolu alır sənət

İsinir millət qiraətimdən

Dəm olur qəbiləm bitlərdən

Coşur ümmət, qopur itaətindən

İtlər hürür özləri ipdən düşüb

Eləyən kimi zina edirlər

Köpək özünü qoyub göyə

Guya ilahidir, it sinəsini döyə-döyə

Gic, sıravi bir amma uyacaq

Həyat ona dəyənəyi qoyacaq

O ki arvad-uşaq duyacaq

Bizi bəyənməyən özü bilər

Amma bəyəm nəyə görə

Deyər ki, şəhvətə aşiqik?

“Part”də baldır boldur, biz afətə sadiqik

Afərin, abicim, bura qədər gəldin

Nəqlim gərgin, amma səliqəli xəttim, təmkin

Bir də iti əqlim yaradar ritmik tənlik

Sevinər xiridar poetik şənlik

“Flo” edir “metallic” mənlik

Aramızdakı düşmənlik yaradır qiymətimiz

Mənliyi satmadıq, ona görə bahalıdır xidmətimiz

Önünüzdəki bu rəqiblər

Gözünüzdəki qərib əcaiblərdir

Narrativlərinizdəki səmə tiplər

Dövrə yönünü verəcək ədiblərdir

Duyuruq zamanın nəbzini

Tərz ilə təqdirə layiq təqdim edirik ustadcasına

Biz hədsiz, qədrini bədbəxtsiz

Məhz biz gəncliyə veririk çöllük

Yük çiyində, yorulan dizlər

Evdə sevgi görməyən qız

Arayacaq atalığı sevdiyi artistdə

Sizdən öncə biz çözdük

İti zəka və yorulan dizlər

Həyata məyus qalan oğlanı

Yaşamağa qaytarmaq olacaq bizdən

Kütlürü tikdik, hördük

Əl mazollu, yorulub dizlər

İncəsənət din kimi həssasdır

Ona görə bol olur kaprizlər

Xoşumuza gəlmədi, sökdük

Bərk ayaqlar, bərk dizlər

Görmək istəsən möcüzə

Qoş “verse”mi təkrar, məni bir izlə!


[Bənd 3: 145 BPM]

Danışacam ümumi, çünki problem ümumidir

Onların gözündə hamımız eyni səbətə aidik, bunu bilin

Getdik, vot-vot küçələr deyəcək: “Reperlər alçaq, паскуда!”

Mədəniyyət danışır, ölkə deyir: “sox içivə çatmır заслуган”

“Брат”dediyimiz oğlanları hər cürə alçaltdıq

Səhnədə veteranlar bir-birinə

Ailə tərəfdən panç atdı, biz əl çaldıq

Yaşlanmadıq, amma qocaldıq

Hörməti elə bil borc aldıq

Hər kəs getdi, qaldı ərgənlər

Gözlərində tək ucaldıq

Dediyimiz hər şeyi sömürəcəklər

Tərbiyəmiz üçün düzüləcəklər

Bir gün böyüyəcəklər

Qayıdıb üzümüzə tüpürəcəklər

Ortada kim isə ara qatan idi

Biz zəiflədik, o para qazandı

“Beef”lərin çoxusu süni yarandı

Çoxunun toxumu cüzi yalandır

Ey, toxumu tırkalayan

Dönmüşük nə ara, xiyara belə

AzRepə kim isə Romalı taktika atdı

“Parçala, idarə elə”

“Battle”lar it döyüşü

Reperi it elədilər

“Battle”a yox deyən reperi

Kütləni qırağa itələdilər

Bir dənə denən:

“Cypher” baxışı yetərli, boldur, nə olsun

“Cypher”ə o qədər sponsor yoxdur, hmm

Görünür məsələ dərin bir poxdur, dostum

Gözünüzü açın, giclər

Kimsə bizi məhv eləyib içdən

Günahı bizdə, izlə: son 10 ildə

Pul verilir tək konfliktdə

Dəstək görür ancaq “beef”lər

Bir-birini cılızlaşdırmaq ilə məşğul keçmişdə

Qardaş divlər, cırılıb babat liflər

Beləliklə, repçi imici bəlli bir çərçivədə

Ancaq “battle”la yararlı, vəhşi bir əcinələr

Oyuna lazımdır, çıxasan “battle”la sən ora

Nəbadə çıxasan kənara, qalasan tələdə

Parlayan qəfəsi qələbə sanaraq

Alasan balaca qonorarı

Bütün “gang”lar eləyir “beef” səbəbsiz

“Повод”ları xırda, aldıq tək hərəmiz

“Culture” da boğulub axırda

Plandımı damla-damla

Mənsizliyi kütləyə sevdirmək?

Hamımızı bir “mutilşik”ə çevirmək?

Gərək idi ormanı yandırmaq?

Pul, kultur, marketinq

Hamısı dirənib “battla”la

Boşda qaldı

10 ildir, “брат” “AzRep”im

Fikri-zikri quş tutmaqdır

Dirilin, bəylər, danışın, imzalaşın

Onlar sizi paylaşmır, siz paylaşın

İnsanlarımızı qaldırmalıyıq, biz qardaşın

“Feat” eləyin, “track” və ya klip eləyin

“Culture” daha dip eləyin, birgə deyin

Bir igidlik edin, müdrik bir az hip-hop üçün qidlik edin

“Battle”dan çəkilin, nə qədər etmədi reperləri tula

Vadar edir sənayəni aramaq

Yeni bir üsülun

Repi pula çevirməyə

Neo UG BPM