Ruhunuz Cavan

By Neocortex (AZE)

On karzina

Released on March 5, 2021

Thumbnail

[Verse 1]

Beynimiz duman

Dediyim o an

Beynim məni tərk elədi tam

Kəlləmin içində beyin yerinə qutab

Naxçıvan haqqında məlumat

Bir də ki

Ruhunuz cavan, bunu anlamaz heç vaxt yurdumuz amma

Özümə xoşbəxt gələcək qurduğum zaman

Mtn qoydu gizli mikrofon tumuşumuza

Zombilərin arasında ən sevilən dirilərik

Beatlər ilə isinərik, kir içində gizlənərik

Ana südü kimi ritmi biz əmərik

Aramıza girmə ki, yanımızda deyinəsən əzizim

Güvənmərik dünyamızı ba belə

Babilistan güdür bizi ay blə

Milli PR üçün üsullarım var hələ

Soxum Ermənistana budu

Vətənini sevirsənsə bu mahnını like elə


[Chorus]

Gecə çatdı səhərə

Laylay dedim şəhərə

Açılmadı bir kərə

Pəncərən, Pəncərən

Pəncərən, Pəncərən


[Verse 2]

Ruhunuz cavan (ey)

Ruhumuz cavan (ey)

Gopa basıram (ey)

Yoxdu bu dünyada qoca və cavan (ey)

Var sadəcə təzə başlayan və yorulub atan (ey)

Bir də yorulub atan

Gözləyir ki, normal oğul olasan (ey)

Tormozunu basasan, özünü doğruldasan balacam

Azı telefonu götür arada

Atan artıq qocalır, atan olur narahat

94-cü ildə doğulmuşam yəni

Yellənirəm 93-cü ildən bəri

Son zamanlar gecə yuxularda həkim libasında mələk

Deyir tibbi yoxlanışa gəlin

Baby məni eliyir toxunuşun dəli

Amma səni sevmək qorxuludu bəli

Ürəyin soyuq ona görə hələlik

Yolumuzu gedək sonra sevgi məsələsini həll eliyərik


[Chorus]

Gecə çatdı səhərə

Laylay dedim şəhərə

Açılmadı bir kərə

Pəncərən, Pəncərən

Pəncərən, Pəncərən


[Verse 3]

Ah minirik karuselə elinizə gəlirik biz barış elə

Bizi böyünüzlə tanış elə

Danışarıq onla qonaq edib pivəylə vermişelə ləziz

Güləşirik külək ilə dirəmişəm divara mən kürəyimi qoruyuram

Ürəyimə toxunuram dilimlə tüfəngimin lüləyinə eşq ilə

Repi çevirdinsə çörəyinə günah olar onu atmaq zibilə

Rep ilə qız tuturam deyə bu sənəti sevirəm

Bizi qafiyəni tanrı ilə canlı ünsiyyətə çevirən

Lambonu saxlayın özünüzə biz minirik ayı belinə

Ayıb eliyərik şair söyüşünü təqdim eliyirik şair elinə

Bala məni səni sevən biri sahib eləmə

Deyiləəm sevgini ehtirasdan ayırd eliyən

Dahi reperəm deyə mən məhəbbətə layiq deyiləm


[Chorus 3]

Gecə çatdı səhərə

Laylay dedim şəhərə

Açılmadı bir kərə

Pəncərən, Pəncərən

Pəncərən, Pəncərən