Çənlibel Romantikası

By Neocortex (AZE)

Released on December 13, 2020

Thumbnail

[Giriş]

Zarafatca dedin: “Gəl, gedək ölümə”

Mən gözlərinin içindəki ciddiyəti görürəm

Gülərək mənə dedin: “Gəl, gedək ölümə”

Mən gözlərinin içindəki ciddiyəti görürəm

Əvəzimə danışacaq külək


[Bənd 1]

Bütün saraylar yanaraq qarışacaq külə

Nəticədə qəsəbədə başlasa qırğın

Çalışacam kömək eliyim sənə və ailənə

Əsas odu sağ qal

Çapıram, çatdıracam, gözəl

Yarı qəhrəman olacam, ya da dönəcəm paştetə

Sən də başımı burax əldən

Baş getsə, çönəcək dünya

Göydən baxaraq güləcək asteklər

Nişan üzüyümsə dönəcək “кастет”ə

Ona görə nə qədər varsan

Gülüşünü yazıram kasetə


[Nəqarət]

Qıratıma minirəm, Boz atıma minirəm

İkisinə birdən minirəm, çapıram, hey!

Qıratım Boz atımın üstündə

Mən Qıratımın üstündə

Zarafatca dedin: “Gəl, gedək ölümə”

Mən gözlərinin içindəki ciddiyəti görürəm

Gülərək mənə dedin: “Gəl, gedək ölümə”

Mən gözlərinin içindəki ciddiyəti görürəm

Əvəzimə danışacaq külək


[Bənd 2]

Ona görə onu dinlə, diqqət ilə

Həqiqətən nifrət eləmə

Qismətinə sahib çıx

Hislərimizi unudub ruhumuzu nisyə verdik biz Vətənə

De görüm eşqin qiyməti nə?

Səni sevirəm, ona görə sox içinə mənə xidmət elə, baby

Ürəyim alov, ürəyim buz

Daxilindəki eşqi küçəyə qus

Sevgi bizdən daha böyük gücə məxsus

İkiüzlüsən, amma bir üzün zəhrimar

Görünür, dərdin var

Sevirəm, səmalara baxanda görürəm

Ancaq dərdi var, bebeğim, ha, ha!


[Nəqarət]

Qıratıma minirəm, Boz atıma minirəm

İkisinə birdən minirəm, çapıram, hey!

Qıratım Boz atımın üstündə

Mən Qıratımın üstündə

Zarafatca dedin: “Gəl, gedək ölümə”

Mən gözlərinin içindəki ciddiyəti görürəm

Gülərək mənə dedin: “Gəl, gedək ölümə”

Mən gözlərinin içindəki ciddiyəti görürəm

Əvəzimə danışacaq külək

Ona görə ağıllı ol!