Released on August 9, 2024

Thumbnail

["Baqajnik" üçün mahnı sözləri]


[1-ci bənd]

Maşınımda oturub gözəlim

Sol əlinə toxunur sağ əlim

Gözləri mavidir, qızılı dərili

Çılğındır elə bil, gözəlim dəlidir

Çiçəyim, günəşim, mənim gülüm

Üzümə baxır və üzü gülür

Biz burada təkik, şəhərin səsinin əsəri yoxdur

Sevinir, xəbəri yoxdur


[Nəqərat]

"Багажник"də meyid var

O hələ bilmir

"Багажник"də meyid var

Xəbəri yoxdur

"Багажник"də meyid var

O hələ bilmir

"Багажник"də meyid var


[2-ci bənd]

Həyat ağır olub ona qarşı

"Univer"i bitirəndən

Tapa bilməyib hələ də qayğı

Anasını itirəndən

Deyirəm: "Olacaq hər şey yaxşı"

"Güvən mənə, bilirəm mən"

Silir o gözünün yaşını

Məni qucaqlayanda gülürəm mən


[Nəqərat]

"Багажник"də meyid var

O hələ bilmir

"Багажник"də meyid var

Xəbəri yoxdur

"Багажник"də meyid var

O hələ bilmir

"Багажник"də meyid var


[3-cü bənd]

A, zəng eləyir atası birdən

Telefona otboy verir o cəld ("Yeah")

Dadanıb içkiyə o gündən deyə

Atasına eləyir pis nifrət ("Fuck that guy")

Hələ də bağışlamayıb gördüyü pis rəftarı ərgən yaşında

Keçdi bir saat, zəng edir arvad

Evə gedirəm evə tək maşında, o bilmir


[Nəqərat]

"Багажник"də iki meyid var

O hələ bilmir

"Багажник"də iki meyid var

Xəbəri yoxdur

"Багажник"də iki meyid var

O hələ bilmir

"Багажник"də iki meyid var