ASTA LA VİSTA

By Neocortex (AZE)

Released on May 21, 2021

Thumbnail

[Nəqarət]

Hasta la vista, baby

Tətiyi basanda mister, hiss et

Sıçrayır divara beyninin qalıqları

Hasta la vista, yar

Hasta la vista, bebe

Tətiyi basanda mister, hiss et

Doyacaq bu gecə Xəzərin balıqları

Hasta la vista, yar


[1-ci hissə]

Vahimə basanda xeyli yaraşıqlısan

Xasiyyətin qəliz, qarma-qarışıqlısan

Xeyli mürəkkəbsən, sarmaşıqlısan

Mənim hədəfimsə səni dərmədeşik eləməkdir

Anlaşıldısa, başını aşağı-yuxarı elə

Hava dolu Makarov-un buxarı ilə

Baxarıq hələ qohumlarına

Görəsən, sən öləndən sonra həyat davam edəcəkmi öz axarı ilə?

Zillənəndə sifətinə Makarov-un çevik lüləsi

İncə bədənin küləyə çevrilib əsir

Daha baha gəlir hər yeni nəfəsin

Atanın həyatı davam edir nəvəsiz (Boom)

El gözəli, belə gözləmirdi heç əzəli

Gör talehin necə zəlil

Təbəssümün tərk edəndən küçələri

Şəhərimin gecələri deyil artıq möcüzəli heç

Cənazənə keç


[Nəqarət]

Hasta la vista, baby

Tətiyi basanda mister, hiss et

Sıçrayır divara beyninin qalıqları

Hasta la vista, yar

Hasta la vista, bebe

Tətiyi basanda mister, hiss et

Doyacaq bu gecə Xəzərin balıqları

Hasta la vista, yar


[2-ci hissə]

Ruhun bənzəyirdi şirə

Dilində zəhəri bəzəyirdi şirə

Qorxu salıb səni məzəli həşirə

Mənim dəyir nəzərimə ki, qəşəngsən

Hətta alnının ortasındakı yekə bir deşiklə 

Bir il çıxan deyil sevgilin eşiyə

Doğulmayan uşağın çürüyüb gedəcək leşinlə

Anan isə çürüyəcək diri-diri

Ürəyində irin ilə

Gözləyəcək еdamın vaxtını

Gözləri harasa zillənəcək

Diqqət ilə izləyəndə bilinəcək, gözləri heç hara baxmır

Bu gedişlə bir gün ananın ağlı qaçar axıracan

Şəhərə çıxıb “Qızım” bağıraraq

Yoldan keçən hansısa cavan qızı qucaqlayacaq

Qız hələ uşaq olacaq, qorxudan oradan uzaqlaşacaq

Həmin gеcə evdə yellənərək bu mahnıya qulaq asacaq


[Nəqarət]

Hasta la vista, baby

Tətiyi basanda mister, hiss et

Sıçrayır divara beyninin qalıqları

Hasta la vista, yar

Hasta la vista, bebe

Tətiyi basanda mister, hiss et

Doyacaq bu gecə Xəzərin balıqları

Hasta la vista, yar

Hasta la vista, baby

Tətiyi basanda mister, hiss et

Sıçrayır divara beyninin qalıqları

Hasta la vista, yar

Hasta la vista, bebe

Tətiyi basanda mister, hiss et

Doyacaq bu gecə Xəzərin balıqları

Hasta la vista, yar