Qaça-Qaça

By Miro (AZE)

Released on December 28, 2020

7K Views

Thumbnail

[Bənd 1]

Ətrindən duyuram mən yaz yağışını

Yalnızlıq və mən necə yaraşırıq

Süzürəm, şərablar daşır, dərdlə dolur badəm

Sənsizlik susmur, elə danışırıq

Qaçıram mən özümdən uzağa

Bu eşq nə mürəkkəb, nə sadə

Küsüb ayrılıqla, sonra yenə barışırıq

Donub oluram önündə buz adam

Bilmirəm, necə edim ifadə

Birləşib sevginin ölümünə çalışırıq


[Nəqərat]

Yerini de, qaça-qaça gəlim ora

Ağıllanaq, ya bir yerdə dəli olaq

Gəzdirim saçlarını barmaqlarımın ucunda

Dəniz olaq xəyallarda, gəmi olaq

Sona qədər bir yerdəyik, əmin olaq

Hamıdan uzaq və tək dünyanın bir ucunda

Yerini de, qaça-qaça gəlim ora

Ağıllanaq, ya bir yerdə dəli olaq

Gəzdirim saçlarını barmaqlarımın ucunda

Dəniz olaq xəyallarda, gəmi olaq

Sona qədər bir yerdəyik, əmin olaq

Hamıdan uzaq və tək dünyanın bir ucunda


[Bənd 2]

Ətrindən duyuram mən yaz yağışını

Yalnızlıq və mən necə yaraşırıq

Süzürəm, şərablar daşır, dərdlə dolur badəm

Sənsizlik susmur, elə danışırıq

Qaçıram mən özümdən uzağa

Bu eşq nə mürəkkəb, nə sadə

Küsüb ayrılıqla, sonra yenə barışırıq

Donub oluram önündə buz adam

Bilmirəm, necə edim ifadə

Birləşib sevginin ölümünə çalışırıq


[Nəqərat]

Yerini de, qaça-qaça gəlim ora

Ağıllanaq, ya bir yerdə dəli olaq

Gəzdirim saçlarını barmaqlarımın ucunda

Dəniz olaq xəyallarda, gəmi olaq

Sona qədər bir yerdəyik, əmin olaq

Hamıdan uzaq və tək dünyanın bir ucunda