Молодой Такамори

By Jayko (AZ)

Released on February 29, 2020

Thumbnail

[Bənd 1]

Ya, ya! Üst-başım səliqəli!

Yəni qəribədir, nədir?

Beynimdə zəlzələdir

Məni dostlarım görəndə sevinir:

"Həri, bizim dəli gəlir"

Yenə əlimdədir, həm silib alnımdakı təri

Dərindən də dərin, bu yolda ancaq irəli

Nə qədər ki, varam, dağıdıram

Və hamı da deyir: "Jayko in the building"

Həri, həri! Bəli, bir az mədəni

Arıq bədənim və o qədər dəli

Mən əlimdən gələni edirəm

Əlimdən gedənin 5-6 qatı geri gəlir əlimə

Gün gələcək və çıxıb gedəcəm

Bax, o vaxtı hazır ol mənimlə birgə

Gedəcəm, amma yadda saxla ki

Pulla, şöhrətlə və qızlarla birgə


[Nəqarət]

Gecələr şəhər, yuxulu səhər

Yorğunam bir qədər sakit (sakit)

Sevirəm bu işi, sevməsəm də "sushi"

Mən içərdim bir qədər "sake" (sake)

Bu deyilki bəsim, bil, bir az da səsim

Mən dayana bilmirəm, sanki bir yeriyən raketəm

Partlasam səhnədə, yalan olacaq onda "Nagasaki", boy!


[Bənd 2]

Çalış, ol özün!

Heç nə də alınmaz

Nə qədər onun bunun uğurundadır gözün

Məqsədə çatmaq üçün lazımdır vaxt

Lazımdır səbr və lazımdır dözüm

Düz söz acı olursa, görəsən, kimə bal sadəcə sözüm?

Uğursa balaca qızıl balıq kimi indi hansısa dərinlikdə üzür

Qəribədir "flow", əlimdədir, bro

Dərindədir yol, dəli nədir, oy?!

Fərqim mənim, sənin fərqin nədir, boy?

"Punch"ım dəqiq, "punch"ın dəqiqədir, low!

Neo on the beat, Neo on the beat!

Neo on the beat, yeah, boy, Neo on the beat!


[Nəqarət]

Gecələr şəhər, yuxulu səhər

Yorğunam bir qədər sakit (sakit)

Sevirəm bu işi, sevməsəm də "sushi"

Mən içərdim bir qədər "sake" (sake)

Bu deyilki bəsim, bil, bir az da səsim

Mən dayana bilmirəm, sanki bir yeriyən raketəm

Partlasam səhnədə, yalan olacaq onda "Nagasaki", boy!