Released on January 20, 2022

Thumbnail

"KASET" Lyrics


[Verse 1: İSZİ]

Köhnə kaset prokat, yenə yığılmayıb krovat

Kreslomda yayılmışam, ayağlarım rahat

Baxıram: bir dənə fahişə axıra qədər doladı 6 nəfər gənc oğlanı

Hamısı necə fağır haaa

Beyin çöndü, belə filmlər hamısı çəkir harama

Külqabını tulladım, dəydi ekrana

Durdum, siqaret yandırdım, oturdum

Bir dənə qurtum çaydan uddum, Şamxala zəng vurdum

Neçə dəfə yığdım bilmədim, həm də saat 5 idi

“Bu nömrəyə zəng çatmır” – qız başımı deşdi

Niyə sə evdə səssizdir

Bütün hisslər ölüb ya da donub

Bütün daş-divar, əsəbi üzümü görüb

Fikirə getdim indi nəsən 70-ində osan

Bu A blokda bir qara çığırtı ölü sükutu pozan

Arvad səsi vaydı-haydı, bilmirəm nə haydaydım

Şəpitlərimi geyindim tez, iki dəqiqəyə qapıdaydım

Döyüntülərim artır, həm də nəfəsim ağır gəlir

Arvad səsi yüksəlir, yoxdur bunda səbr

Aşağı çəkdim əl dəstəyin – elə ki açım qapını

Qanım dondu tanıyırdım önümə duran qadını

Qan səpilib bütün bloka, qıp-qırmızı qapı

Bu o filmdəki fahişə qadın...alnında külqabı