QADAĞA

By IMPACT22

Released on March 3, 2021

Thumbnail

[Intro]

Ya, ya

BLVCK Community

Brrraa!


[Chorus]

Başımın içində min cürə fikir

Düşünüb bunları atıram çəki

Ürəyim beyinimə mane olurdu

Qoyubdur qadağa qəlbimə həkim

Qoyubdur qadağa qəlbimə həkim (×4)


[Bridge]

Bəlkə də, hiss edər Tanrı bizi

Yıxılıb durdum, qandır dizim

Başa düşməz məni dinləyicim

Qarlar anlamaz alpinisti

Cash-ları sovuran, bəlkə, bizik?

Qadağa qəlbimə vermir izin

Edirik bu yolda təmsil AzRap-i

Etmirik təmsil məhləmizi


[Verse]

"Until the end", yəni, mən sonacan

Gedəcəm bu yolu bax end olacaq

Nas kimi rap-ə mən brend olacam

Label-im hər yerə trend olacaq

Yenə də trekim temp olacaq mənim

Uçurur beat-lərim bir balaca

Bir gün olacaq partladacam və

Sonra da səhnədən qeyb olacam

Yeridim hər zaman başa deyimi

2 cütdür bax çox geyimim

İşini yayda görən qarışqa

De görüm mənə, bax qışı nə edir?

Çoxunun yoxdur heç beyini

Dəyişir verse-üm, temp eyni

Heç kimi, heç nəyi gözləmədim mən

Gözlədiyim qədər Max Payne-ni

Yazaram qızdan, pul paradan mən

Bu mövzu getməz bil sonacan

Hər trekimdə qadağa olmasa

Cəmiyyətə xeyirim sıfır olacaq

İntihar olacaq, göz dolacaq

Deyilmir heç vaxt söz sonacan

Yadda qalmasa edilən intihar

Cəmiyyət hər şeyi kor qoyacaq


[Chorus]

Beynimin içində min cürə fikir

Düşünüb bunları atıram çəki

Ürəyim beyinimə mane olurdu

Qoyubdur qadağa qəlbimə həkim (×2)

Qoyubdur qadağa qəlbimə həkim (×8)