[Giriş]
Qalmışam səndən qıraq
Niyə axı yenidən uduzum
Qalmayıb heç nəyə maraq
Niyə axı yenidən uduzum
[Körpü]
Görürəm səninlə olan hər şeyi
Amma sadəcə yuxumda
Silə bilmirəm heç nəyi
İlişib qalıb ağlımda
[1-ci Hissə]
İstəyirəm sənlə uduzum
Sənsən səmadaki tək ulduzum
Qoy baxım o gözlərə susum
İstəməzdim andımızı pozum
[2-ci Hissə]
O gözlər sanki kainat
Sənə baxıb mən çaşıram
Sən ağlımı alırsan başımdan
Çıxmırsan yenə ağlımdan
[Keçid]
Daha o sözlərə aldanmıram
Sözlərin axrına qoysaq nida
Yox olsaq qaçsaq aya
Bir müddət saxladıq ara
Yollar aparar ulduza
İnanmır baxanda yolumuza
[Sonluq]
Ulduzlar səmalardan
Qaçmışam belə bax haralardan
Çıxmışam cızıqdan, aralardan
Ölməmişəm bax yaralardan
Yaradan yaraya fərq olsan
Gəlib qollarımda qərq olsan
Fərq etməz istər şərq olsan
Amma yollar aparar ulduza