Released on 2002

Thumbnail

[Intro]

Axşamüstü qoy uzaqdan

Havalansın, ey, Xanın səsi

Qarabağın şikəstəsi

Ölürəm, ölürəm ey

Ölürəm

Ölürəm, ölürəm ey

Ölürəm


[1. Hook]

Ey, bu Azərbaycan rep səhnəsində

Nələr oxunulmadı, nələr söylənilmədi?!

Ya Qarabağ, Ya Ölüm

Zaman o zaman deyil

Köhnə hamam, köhnə tas

Və yaxud Rep, Meyxana və daha nələr

Amma deyirlər ot öz kökü üstdə bitər

Nədənsə bizim ot öz kökü üstdə bitmədi ki, bitmədi

Yəni unuduldu kökümüz, yaddaşımız

Axı hanı bizlərə yazılan muğam dünyası?

Hanı bizlərin tarixin izi, hanı?

Deyin, hanı?

Hanı? (X4)


[1. Verse]

Hanı bu millətin kökü, irsi

Deyin, görüm hanı millətin yaddaşı

Hanı bu millətin yolunda şəhid gedənlərin analarının göz yaşı (Hanı, hanı?!)

Neçə-neçə qanlı tarixi yaşayan Qarabağımızın şikəstəsi (Hanı, hanı?!)

Bəs bizim bu muğamın şahı sayılan hanı o Xanın səsi? (Hanı, hanı, hanı, hanı?!)

Bu idimi keçmişimizə qiymətimiz?!

Məgər bu idimi kökümüzə hörmətimiz?!

Əcdadlarımızın qanla qoyduğu bizim üçün iz bumu?! (bumu?!)

Nə cür yazacağıq gələcək gücün kitabın?

Nə cür verəcəyik gələcək nəslə cavabı?

Deyəcəyik yerin qaynar nəfəsindən qalan köz bumu?! (bumu?!)

Anaların laylasından yaranıb muğam

Yurdumun oduyla odlanıb muğam

Kökümüzə can verib, canlanıb muğam

Dillərdə solubdur niyə?! (Niyə?!)

Kökümüzə köklənib o əzanın səsi

Unudulub artıq tar-kamanın səsi

Dilimizdən düşdü segahın səsi

Unudulubdur niyə?! (Niyə?!)


[2. Hook]

Ey, oxu ey Müşviqin tarı

Sən də oxu

Nə qədər ki, səni sevmir çoxu

Amma nə qədər ki, ölməz səsin var

Və səni anlamır çox insanlar

Oxu gözəlim, oxu, oxu


[2. Verse]

Oxu, oxu, yansa da ürəyim

Oxu, oxu, kor olsun bəbəyim

Kor olsun ki, görmür keçmişini

Fələk isə hey görür öz işini

Dəyişir insan, dəyişir təbiət

Dəyişir insana verilən qiymət

Yaşadıqca insan, yaşadıqca bu dünya

Söylə, söylə, söylə, Dərya

Deyirlər tarix olunur təkrar

Yenə də gələr Xan, Üzeyir, Cabbar

Yenə də doğulacaq günəşi muğamın

Aləmə od saçan atəşi muğamın

Əlimizdə bayrağımız, dilimizdə unudulmaz segahımız

Deyəcəyik hər zaman, hər zaman

Yaşa, yaşa, Azərbaycan

Ölənə qədər olacaqsan mənim

Anamın anasısan mənim Ana Vətənim

Sən mənə verdin anamın laylasını

Sən mənə bəxş etdin muğamın dünyasını

Eşit, ey torpaq, nə qədər ki, sağam

Nə qədər ki, borcluyam, nə qədər ki, varam

Ağlayıram səninçün, güləcəm səninçün

Yaşayıram səninçün, öləcəm səninçün


[3. Hook]

Nə qədər bu mahnılarla yanasan, alışasan, Dərya?

Ehhh. amma bu torpaq bir daha Xanları, Üzeyirləri yetişdirəcək

Və ölməz muğam öz səsiylə bizi bir daha keçmişimizə qaytarar

Bir daha (X4)