[Bənd 1: Hüseyn Dərya]
Kim ki gözü kordu
Yaşamaq üçün həyatı zordu
Bu həyat bir oyun sanki
Çatacaq bir bunun sonu inan ki
Çünki, çünki
Hər kəs bəlkə də yaşayır ömrünü əbəs
Unutmuş insan nədir din, iman
Yəni gələcəkdir bir zaman
[Bənd 2: Vahid Qədim]
Məni dünyada içən badə
Ömür bada gedər, ya da
O fəryada düşər
Versə əlindən bu ömür fürsətini (müddətini, hörmətini)
Əsil insan üçün Allah edər asan çətini (ən çətini, hər çətini)
[Bənd 3: Hüseyn Dərya]
Fikirləş o dünyanı
Əməlinlə yaxşı ya pis gedəcəkdir səninlə
Nə fərqi var dərdi azsa, çoxsa
Hamısı gəldi-gedərdi, yoxsa?!
Yoxsa içirsən şərabı, verirsən canına min əzabı
Nəyə lazım ki, əldən gedə can
Yalnız Allaha ver canını qurban
[Bənd 4: Vahid Qədim]
O kəs aləmdə olar qəmdə vəma, fəmdə düşər
Həm də cəhənnəmdə yanar ruhi
Əgər sevməsə öz millətini (külfətini, qeyrətini)
Sənə dərk eyləməyindir
Bu həyat hikmətini (ən çətini, hər çətini)
Bizə düşmandır, o şeytandı
Kim aldandı o kəs yandı, o nadandı
Qazanmışsa cəmiyyətlə elin töhmətini (nifrətini, lənətini)
Görəcək saf yaşamaqçün hərə öz qismətini (ən çətini, ən çətini)
[Bənd 5: Hüseyn Dərya]
Az adam əməlli atar zərləri
Çalış bü dünyada artır xeyir, şəri
Oyan, ey yatmış qəlbim imana
Aldanma, aldanma şeytana
[Bənd 6: Vahid Qədim]
Əsil insan üçün Allah edər asan çətini (ən çətini, hər çətini)
Sənə dərk eyləməyindir
Bu həyat hikmətini (ən çətini, hər çətini)
Görəcək saf yaşamaqçün hərə öz qismətini (ən çətini, hər çətini)
[Bənd 7: Hüseyn Dərya]
Hər şeydən əvvəl din ibadət
Vacibdir hər kəsə əlbət
Eşidin, qədimlərdən yaranan
Sözlərimizdə hər bir mənanı (Bəli, bəli)
Əsil, həqiqət budur
Həqiqət haqqın yoludur
Yatanlar eşitsinlər bunu
Qara torpaqdır hər kəsin sonu