Neynim

By Faredge

Released on December 11, 2021

Thumbnail

[“Neynim” ft. 21Rave üçün mahnı sözləri]


[Nəqarət: Faredge]

Gözləri açıb onları görməsəm, neynim?

Dözməz buna axı mənim heç cür beynim

Məndən sənə dəyməz heç cür xeyrim

Hər gün sənə görə başqa maska geyinirəm


[Keçid: Faredge]

Günün sonunda çıxdın özünün axırına

İstəsəm də, qalmaz yarına

Gecə həsrət qaldım saçlarına


[Hissə: 21Rave]

Mənə inan, ol mənə təslim

Yoxsa baş verər çox tərslik

Bilirəm, yenə aldadır məni o (O-o-o)

Qulağıma pıçıldayıb səsləyir

Tuturam ağzını ki, day bəsdir

Mənim ona marağım yox

Olar nə qədər yalan, yalan?

Tanrını qarşıma alaram

Bilsəm belə, bir də açılmayacaq bu sabah

Daşıdığım izlər dönüb olub yara artıq (Yara)

Anlamırsan amma

Düşüncələr boğur, məni sallayıblar dar ağacından

Ruhum baxıb deyir: “Özün elədin, mən neynim?”


[Nəqarət: Faredge]

Gözləri açıb onları görməsəm, neynim?

Dözməz buna axı mənim heç cür beynim

Məndən sənə dəyməz heç cür xeyrim

Hər gün sənə görə başqa maska geyinirəm