Səni kim üzdü qadın?

By Elvin Nasir

Released on March 8, 2022

Thumbnail

Sözlər :

Səni kim üzdü qadın,yoxdu gülüşlərin

Bəlkə də ölmüşdün ən xoşbəxt günündə sən

Saçında dən,duyğuların pərəm pərəm

Göz yaşıyla yanağlarına düşdü qadın

Səni kim üzdü qadın?

Həyatın səhnəsindən atılmısan bir qırağda

Hönkür hönkür ağlıyırsan bəlkə də heç duyan yoxdu

Elə bil körpə uşağ tək gələndə hər bir dərd

Ağrıların şiddəti ilə dodağlarını büzdü qadın?

Səni kim üzdü qadın?

Göz yaşın yastığa axmış

Bəlkə də saf qəlbin uşağlığınçün darıxmış

İstəyin biraz sevgi istəyin biraz qayğı

Bu həyat xəyallarını parçalayıb tən ortadan kəsdi qadın

Səni kim üzdü qadın susma biraz danış mənə

Axı dərdin kədərin bil ki xeyli tanış mənə

Danış bəlkə hər cümlən şeirimə bir qafiədir

Bəlkə danışdığın həyat kitablarda yazılmamış

Ən ağrılı faciədir yaza bilməz heç kimsə

Məni boş ver nəysə,dərdini tazələmə

Gələndə soyuq boran birdəfəlik

Mən bilirəm çox çətindir qış ömrünü yaz eləmək

Sənə pərvaz eləmək yaraşarmış səmalarda

Əgər ki ruhunu basdırmasaydılar məzarda

Qalarmıydın ahu zarda yox məncə? Get dincəl

Ki bayaq gördüm mən həyat sənin badənə

Qəm süzdü qadın

Səni kim üzdü qadın? Axı sən çox zərifsən

Zahirin eyni bəlkə,içində müxtəlifsən

Göyərib bütün bədən,ağrılar bəlkə yorur

Bu nə cür şiddətdir,sənə kim zərbə vurur

Səni kimlər incidir sonra əməllərini danır

Bəlkə də öz canın öz bədənindən usanır

Kor oldu gözüm sənin içində qəlbinmi yanır?

Bu nə cür tüstü qadın,səni kim üzdü qadın?

Nəqarət

Yenə ruhunu aparıb candan dünya zülmətlərə qərq edəcək

Keçmişdən dərdlər gələcək,səni həm bugün həm sabah incidəcək

İçində dərdin dağ kimidir ya da sən dərdə dözən dağ kimisən

Səni incitməy qadağandır axı sən çox körpə uşağ kimisən

Səni kimlər üzmüş qadın

Saça dənlər düzmüş qadın

Yenə götürüb dərdini qəmini

Bu həyatdan küsmüş qadın

Səni kim üzdü qadın?Ərinmi,qardaşınmı?

Bəlkə evləndiyin tarix yazılıb baş daşında

5 yaşında nazlı dəcəl bir qız idin

İndi kədərdən qocalmısan görürəm mən düz 35 yaşında

Daşımaq çox çətindir sən dözən hər dərdi qadın

Bu qədər dərdə dözən zəif deyil nərdi qadın

Qəlbinə batan nədir,çəkil çıxardım

Qanayır çıxardıqca istəmirəm baxım bəlkə zəhərli xəncərdi qadın

Bu soyuq tərdi qadın sənə baxanda qanım donur

Gözüm dolur ağlamıram güclə tutmuşam özümü

Səni ancaq yatağda görən şərəfsizlərə

Nifrətlə tüpür,göstər mərd üzünü

Götürüb qəm közünü at günəşin ortasına

Yansın qoy gecələr bir günün günortasında

Kədərin kölgəsində sərinləmək olmaz ki

O kölgə qaranlığın vahiməsindən gələn bir izdi qadın

Səni kim üzdü qadın? Axı sən çox zərifsən

Zahirin eyni bəlkə,içində müxtəlifsən

Göyərib bütün bədən,ağrılar bəlkə yorur

Bu nə cür şiddətdir,sənə kim zərbə vurur

Səni kimlər incidir sonra əməllərini danır

Bəlkə də öz canın öz bədənindən usanır

Kor oldu gözüm sənin içində qəlbinmi yanır?

Bu nə cür tüstü qadın,səni kim üzdü qadın?

Yenə ruhunu aparıb candan dünya zülmətlərə qərq edəcək

Keçmişdən dərdlər gələcək,səni həm bugün həm sabah incidəcək

İçində dərdin dağ kimidir ya da sən dərdə dözən dağ kimisən

Səni incitməy qadağandır axı sən çox körpə uşağ kimisən

Səni kimlər üzmüş qadın

Saça dənlər düzmüş qadın

Yenə götürüb dərdini qəmini

Bu həyatdan küsmüş qadın

.