Released on 2006

Thumbnail

[Bənd 1]

Mən hələ balaca olanda atdı məni ana (Ay ana, ana)

Atam oğurluğa görə yatıb türmələrdə (Ay ata, ata)

Bütün uşaqlığım keçib ögey evlərdə (Uşaq evlərində)

Uşaq yuxularım keçdi dəmir “кровать”larda

Xəstələnəndə, ağlayanda

Harada idin, ay qəddar ana?

Ay ana, tək səni tapsa idim

Nə dərdim olaydı həyatımda?

Bax belə böyüdüm, sonra müharibə

Ayaqlarım getdi nəyə görə? (Əbəs yerə)

Ömrüm-günüm keçir indi küçələrdə (Keçidlərdə)


[Nəqərat]

Yox, mən ağlamıram, bu ki yağışdır

Yox, mən ağrımıram, bu ki baxışdır

Yox, mən dinləmirəm, mən axtarıram

Mənim evim var, anamdan soruşun


[Bənd 2]

Ac qarnına yenə rep kimi yadına düşüb

Şair təbə gəlib, pulun dadına düşüb

Bal dodağına düşüb dildə isə acı yalan

Çətin, başa düşər birini tox və ac olan

Pula möhtac olan, ehtiyacı olan

Uzadan papağını və başında tac olan

Əgər həyat bir dənədir, nədir yerdə qalan?

Onsuz da buranı tərk edəcək hər yerdə qalan

Həm evdə qalan, həm küçədə qalan

Soyuqdan donan, kimsəsiz olan

Ey, birtəhər dolan

Gecələr fikirdən ötrü yata bilmirəm

Arzularım çoxdur, onlara çata bilmirəm

Pul tapa bilmirəm, ata da bilmirəm

Çünki bacarmıram, istəmirəm

Bu həyatda heç kimdən kömək gözləmirəm

Allahdan başqa


[Nəqərat]

Yox, mən ağlamıram, bu ki yağışdır

Yox, mən ağrımıram, bu ki baxışdır

Yox, mən dinləmirəm, mən axtarıram

Mənim evim var, anamdan soruşun


[Bənd 3]

İndi mənə doğmadır

Şəhərin bütün küçələri (Can Bakı, Bakı)

O küçədən bu küçəyə

Qovur polis məni (İti qovan kimi)

Dilənçi, yetim, murdar – qoşurlar cürbəcür adlar

Ayaqlarım da olmasa, mənim adım var (Millətim də var)

Yolu keçən uşaq mənə ağız əyir

Ana qulağını çəkir (“İraq bizdən”,-deyir)

Hər şey istədiyim kimi deyil, bilən bilir