[Giriş]

Bizə qanad verən sevgi adlı möcüzə var

Bizə səbir verən sevgi adlı möcüzə var

Bizə uçuş verən, bizə yapış deyən

Bizi alışdıran, bizi görüşdürən


[Bənd 1]

Sərin gecələr, qayğısız küçələr

Şəhər dincələr, qəlbim dərd çəkər

Alovlanıram mən, yanıram coşqun qucağında

Mən batıram göz yaşların bulağında

Batdım günaha, məni qınama daha

Üzümü tutmuşam sabaha, qabağa

Ümidim dəniz kimidir, sən isə dalğa

Biz keçici, eşq əbədi sel kimi axa-axa

Günəş dərddən əyilib döndü

Cahanda titrəyən sim də söndü

Üz döndü, dünya döndü

Ümidli röyam gecə xəyalımda öldü


[Nəqərat]

Gəl, ürək dolu, danışaq

Gəl, ürək dolu, görüşək

Sən qəlbi qıran bir insan

Sən yaşamağa peşman edən

Gəl, ürək dolu, sevişək

Gəl, ürək dolu, danışaq

Sən qəlbi qıran bir insan

Sən yaşamağa peşman edənsən


[Bənd 2]

O gün alovun yandırdı dərimi

Bilmədim, kimə danışım bu dərdimi

O gün gözlərimdə batdın daş kimi

O gün qabağımda əridin şam kimi

Mənə deyirdin, həyatımın mənasısan

Mən üzük, sən isə qaşımsan

Haradasan, haradasan? İndi gizlətdin dərdini

Təhminə Zaurdan gizlətdiyi kimi

Bağışla göz yaşlarına görə

Sonsuz çaylara bənzər

Bağışla ki, qucaqlamadım sonda

İtdin dəniz üfüqünə bənzər

Qayıt, dodaqlarının dağlarını keçərəm

Qayıt, gözlərinin çaylarında üzərəm

Qayıt, səsinin yağışında gəzərəm

Təki qayıt, əllərindən dəniz içərəm


[Nəqərat]

Gəl, ürək dolu, danışaq

Gəl, ürək dolu, görüşək

Sən qəlbi qıran bir insan

Sən yaşamağa peşman edən

Gəl, ürək dolu, sevişək

Gəl, ürək dolu, görüşək

Sən qəlbi qıran bir insan

Sən yaşamağa peşman edənsən


[Bənd 3]

Səadət sarayı, şəhadətnaməyə qol çəkir qız

Valideyn səhvinin cəzasını çəkir qız

Mendelson marşı səsləndi, üzüklər taxıldı

Yeni ailə quruldu, xəyallar dağıldı

Qırıldı son ümid, son sözlər bitdi

Buludların arasında göyərçinlər itdi

İndi gül yalandan, rəqs et uzaq qohumu üçün

Pis xatirələrin rəngli albomu üçün

Gəlinin bacısı göz yaşlarını gizlədə bilmir

O, hər şeyi başa düşür, amma heç nə edə bilmir

Onu bərk qucaqlayıb qız qulağına pıçıldayacaq

“Ağlama, bacım, səndə hər şey başqa cür olacaq!”

Elə bu sözləri deyən kimi qız özündən getdi

Hamı dərhal yığışdı, bəy özünü yerinə yetdi

Bir neçə dəqiqədən sonra qız açdı gözünü

Dedi: “O məni itirdi, mən isə özümü”


[Nəqərat]

Gəl, ürək dolu, danışaq

Gəl, ürək dolu, görüşək

Sən qəlbi qıran bir insan

Sən yaşamağa peşman edən

Gəl, ürək dolu, sevişək

Gəl, ürək dolu, görüşək

Sən qəlbi qıran bir insan

Sən yaşamağa peşman еdənsən