Quantanamera

By Dəyirman

On Atmosfer

Released on 2006

Thumbnail

[Giriş]

Guantanamera, o-e-a

Guantanamera, o-e-a

Guantanamera, o-e-a

Guantanamera, o-e-a

Guantanamera

Guajira guantanamera


[Bənd 1]

Tanrı bu torpağı qorusun

Canım, Ay Laçın, yerin görünür

Bu ürəyim sənin ürəyinlə bir döyünür

Neçə ildir ki, açıq-aşkar, aydın görünür

Kim yaşayır, kim sürünür

İllər ötür, təqvimi götür, say

Gör neçə qara bayram gözlərini örtür

Düşündürür, bir anlıq olsa da, vicdanımızı oyadır

18 May tarixi bizə çox şeyi xatırladır

Laçın, qaçın, yox dayanın, oyanın

Burada yanın, amma evinizi tərk edib getməyin

Qaçmayın, açmayın sonra televizoru

Baxıb Çingizə eşitməyin

Qayıdın da, nə olub sizə?

Qəpiyin ikinci tərəfi – hər ikisi mənfi

Daha da çox qərənfil, kiminsə axmaq səhvi

Nəticədə isə 1 milyona yaxın qaçqın

Çoxlar elə bu günə kimi qalıblar çaşqın

Status - qaçqın və bu sözdən istifadə edən

Və düşünürəm, fəxrlə onu ifadə edəm

Hey, mənimlə yol gedən

Məgər “Ya Qarabağ, ya ölüm” deyil sənin əqidən?

Onda nədən, nədən qalmısan geridə?

Bu sözləri gəl deyək bizlə birlikdə

Tanrı bu torpağı qorusun

Çünki and olsun, dəyməlidir Qarabağa ayağım

Bu uşağa kor baxım


[Nəqərat]

Guantanamera

Ulu Tanrı bu torpağı qorusun

Guajira guantanamera

Düşməni biabır etmək bizə nəsib olsun

Guantanamera

Guajira guantanamera


[Bənd 2]

Hey, oğlum, bu, mənəm – ata yurdu

Sənə yazıram məktubu, oxu onu

Oxu ki, sonra deməyəsən, gec oldu

Qarabağımızın ağacları qurudu

Hey, özünü bəy sayan oğlum

Ar olsun, yoxsa düşməz bura yolun

Məscidləri erməni burada yıxıb kilsə tikir

Ürəyimi sancır xaç, dəmir

Yadındadır ananın məzarı?

Onu yıxıblar, həmən yerdə ayaqyolu salıblar

Sənin bulağından onlar su içir, haram olsun

Onlara ağac bar verir, gözlərinə dolsun

Xocalıda körpə buza döndü

Ana sinəsində uşaq belə dondu

Həmin gün qadınlar saçını yoldu

Həmin gün ermənilər üçün bayram oldu

Gözləyirəm, ata oğlunu həmişə gözlər

Vallah, sən bura gəlsən, çıxacaq gözlər

Çünki sözlər bitəndə silahlar danışar

Kömək et, oğul, deyirəm aşkar


[Nəqərat]

Guantanamera

Ulu Tanrı bu torpağı qorusun

Guajira guantanamera

Düşməni biabır etmək bizə nəsib olsun

Guantanamera

Guajira guantanamera


[Bənd 3]

Qarabağı mən görürəm yalnız xəritədə

Vicdanımın 20 faizi düşmənin əlində, niyə?

Qaçqın sözü Qarabağla ilə olub eyni bu millətin dilində

Şuşanın mərkəzində ucalıb erməni bayrağı

Məgərmi bu yaranı müalicə edə bilmirlər

Bu torpağın igid oğulları?

Məncə, bu daha yaxşıdır

Nəinki çoxaltmaq qaçqın komları

Görüşdə gülümsəyən sifətlər, yeni tikilmiş evlər

Dövlət büdcəsindən ayrılmış vəsaitlər

Lakin inanmıram ki, şəhərin mərkəzində ev

Bu torpağın bir hissəsini əvəz edər

Ay Allah, bu torpaqları qoru

“Çox sağ ol” biz deyirik bu qismətə

Ki, onların nəslini biabır etməyə

Düşüb fürsətlər bizə

İnşallah, sağalar yara

Guantanamera


[Nəqərat]

Guantanamera, o-e-a

Guantanamera, o-e-a

Guantanamera, o-e-a

Guantanamera

Guantanamera, o-e-a

Guantanamera

Guantanamera

Guajira guantanamera

Tanrı bu torpağı qorusun