[Giriş]
(Həyatda elə bir insan yoxdur ki, ölüm, ya da ki qəfəsdən sığorta olunsun)
[Nəqərat]
Yadındamı o günlər?
Yadındamı o illər?
Məni yandırıb sökənlər
Məni yandırıb əzənlər
O izlər, o gözlər
Güldən güllələr
Ürəkdə ağrılar
Kürəkdə həsrətlər
Yadındamı o günlər?
Yadındamı o illər?
Məni yandırıb sökənlər
Məni yandırıb əzənlər
O izlər, o gözlər
Güldən güllələr
Ürəkdə ağrılar
Kürəkdə həsrətlər
[Bənd 1]
Mən bilmirdim ki, həyat başıma belə bir tələ quracaq
Başlayan cavanlığıma bir anda son qoyacaq
Nəşəli həyatıma tez gəldi qara bulud
Sevgilim, nə olar ki, unut qəm-kədərini
Unut, çünki həyatıma güc verən
Allahımdan sonra sənsən
Yoxluğunun bir saatı bir ay kimi
Ayım isə ilə bərabər
Dörd divar arasında oturmuşam səndən bixəbər
Günlər, aylar, çox zaman keçsə də
(Buranın həyatına heç alışa bilmədim)
Dinmədim heç kəsə öz dərdimi
Ancaq göz yaşları bildirir mənim qəmimi
Qəmimi, kədərimi
Sən mənim məhəbbətim
Sən mənim gün, kədərim
Sənə bağlıdır azadlıq ümidlərim
Göz bəbəyim, bağlı olsa da mənim əllərim
Barmaqlıqlar içində axtarır səni gözlərim
Türmədə bata-bata gedir mənim xoş günlərim
Türmədə yata-yata gəzişir mənim adım
Divarın o biri yanında bağlıdır sənə varlığım
Mənim xəlvət zülmətim, məxsus sənə hikmətim
[Nəqərat]
Yadındamı o günlər?
Yadındamı o illər?
Məni yandırıb sökənlər
Məni yandırıb əzənlər
O izlər, o gözlər
Güldən güllələr
Ürəkdə ağrılar
Kürəkdə həsrətlər
Yadındamı?
Yadındamı?
Yadındamı?
Yadındamı?
Yadındamı?
Yadındamı?
Yadındamı o illər?
[Bənd 2]
Sənə Gün vursa, mən kölgə salaram
Tənha adada qalsan, dənizi üzərəm
Soyuğun olsa, yanar, ürəyimi verərəm
Dünya da qısa olsa, geniş edərəm
Birdən darıxsan, mən səni güldürərəm
Xəstələnsən, canımı da verərəm
Səni *** görənin kökünü kəsərəm
Qədrini bilərəm
Ölsən, qəbrini öpüb ölərəm
[Nəqərat]
Yadındamı o günlər?
Yadındamı o illər?
Məni yandırıb sökənlər
Məni yandırıb əzənlər
O izlər, o gözlər
Güldən güllələr
Ürəkdə ağrılar
Kürəkdə həsrətlər
Yadındamı o günlər?
Yadındamı o illər?
Məni yandırıb sökənlər
Məni yandırıb əzənlər
O izlər, o gözlər
Güldən güllələr
Ürəkdə ağrılar
Kürəkdə həsrətlər
Yadındamı?
Yadındamı?
Yadındamı?
Yadındamı?
[Çıxış]
(Dinlə məni, mənim balam, bu dərdin sonuna çox, çox, çox az qalıb)
(Təki sən məni gözləyəsən)
(İnan, mənim balam, məni gözləməyə dəyər)