[Giriş]

Dəyirman

GGG həyatı, qaraqan qardaşlar


[Bənd 1]

Düşmə bu türmələrə, çürütmə cavan canını

Düşərsən xəstəliyə, tapmazsan öz dərmanını

Yatginən öz evində, çək başına yorğanını

Lazımdır cavanlığın qeydinə qalmaq, qaqaşım

Çalış ki, olmayasan türmədə dustaq, qaqaşım

Qaqaşım...

Ağlını yığ başına, xuliqanlığın at daşını

Salma sən əziyyətə öz salamat başını

Sənin hər taylarının var bahalı, gerçək maşını

Həyat da yaxşı keçir gündən-günə parlaq, qaqaşım

Çalış ki, olmayasan türmədə dustaq, qaqaşım

Qaqaşım...


[Nəqərat]

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə


[Bənd 2]

Kim əgər dustaq olur, bil, onun çox olur cəfası

Tutalım, xəstələndin, həkimdə yoxdur davası, davası

Nə qədər lazımdır ki, ‘’камера’’da çatmır havası

Qırmızı rəng saralır olur ağappaq, qaqaşım

Ağappaq, qaqaşım, ağappaq

Çalış ki, olmayasan türmədə dustaq, qaqaşım, dustaq

Oğruluq etməginən sən, o zamanlar getdi, getdi zamanlar getdi

Oğruluq eləməklə kimlər olub dövlətli? Mədəni oğrular idi

Onlar da tərk etdi mədəniyyətli olub bütün ittifaqı, qaqaşım

Çalış ki, olmayasan türmədə dustaq, qaqaşım

Olmazsan, qaqaşım

Çalış, çalış

Qaqaşım


[Nəqərat]

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə


[Bənd 3]

İgid oğlan odur ki, Göygöldə, Nabranda ola

Ya da sevgilisi ilə yaxşıca dövranda ola, hə

Yoxsa ki, dustaq ola türmədə

Yaraşmır ''решётка''dan heç sənə baxmaq, qaqaşım

Çalış ki, olmayasan türmədə dustaq qaqaşım

Mənim qanım, canım, qaqaşım

Kim əgər vətən yolunda çalışa, xidmət edər

Ata-anasına, həm ailəsinə hörmət edər

Bunu, zənnimcə, cavanlar oxuyub ibrət edər

Deyərlər, pis deməyin, Ağasəlim qaqaşım mənim

Çalış ki, olmayasan türmədə dustaq, qaqam

Qüvvət var sözlərimdə, qanına bas damarlarına


[Nəqərat]

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə

Çalış ki, olmayasan sən türmədə


[Bənd 4]

Türmə əzabdır, türmə bəladır

Hər bir başa gələn, bilən bir xətadır

Əgər gəldisə başına bu xəta

Qəm eləmə, addımlarını at həyata

Unutma, yaxşı oğlan odur ki

Göygöldə, Nabranda ola ya da sevgilisi ilə

Əgər burada qala bilsən sağ, qaqaşım

Çalış ki, olmayasan türmədə dustaq, qaqaşım, dustaq

Sənin kimi qəfəsdə oturan çoxdur

Onların qəlbləri tamamilə boşdur

Bəziləri acdır, bəziləri toxdur

Bunlara görə kefi başdan-ayağa poxdur

Birisi dostdur kimsənin şalvarına

Yatdığın yerə və sənin özünə

Nə isə, qaqaş, nə isə

Bundan sonra söhbət davam edilmir

Məndən isə sənə vəsiyyət

Çalış ki, olmayasan türmədə, dustaq, qaqaşım, dustaq