[Bənd 1]

Yadımdadır hər sözün, necə yalvarırdın – getmə

Diz üstdə sürünüb, ətəyimdən tuturdun – getmə

Yalvarırdın ki, mənsiz yoxsan bu dünyada

Mənsə səfeh, inanırdım hər sözünə

Gic kimi qayıdıb səhvi axtarırdım içimdə

Həvəslənirdim ki, günah məndədir bu dəfə

Hər dəfə bunlar olurdu, hər dəfə

Nə badə deyəsən ki, bu son dəfədir

Bəs deyildi, dırmaşırdın qızıl dağlarına

Dartırdın məni bu ağciyərlərin “круг”larına

Bəs demirdim sənə - bəsdir, yoxdur haqq orda

İnanmırdın, deyirdin “ziyankar” mənə

Mütləq hər paltarın düşməliydi gözlərə

Bu varlı, plastic kuklaların dillərinə

Mütləq hər kəs deməliydi, mütləq

Kəpənəkdən dönüb olmuşdun milçək

Evlər - onlarınkı nə daş, nə qumdur

Təməlin, əzəlin tərkibi mumdur

Bir gün şam alışacaq, əzizim

O gün hamısı, mənim balam, əriyəcək, əzizim

Bilirdin ki, hər şey bu həyatda nəsib olmur

Bilirdin ki, hər arı şanı balla dolmur

Bilirdin ki, keçmiş gələcək ola bilər

Qızıl payız gümüşə dönə bilər


[Nəqərat]

Hanı o payız, xəzan nəfəsi?

Romantika, romantika, yellət bizi

Oğurladı səni yel kimi iti azma

Həbs etdi bu xanım dünya

Bu xanım dünya


[Bənd 2]

İndi sən bir gözlü, zibilə atılmış kuklasan

Heç kimə lazım olmayan plasmas əşyasan

Səhnədə çoxdandır yoxdur tamaşa

Publika zövqü dəyişilib maraq başqalarda

Bircə qalıb o pafos sənin daxilində

Hansı yeyir təkəbbürlüyünü gündən-günə

Ayıl, zəmanə deyil o zəmanə

Bircə mən qaldım əmanət həyatında

Azacıq yerə dəydin, onlar yox oldu

Həmən onlar ki, keçmişdə dost oldu, nə oldu?

Qurduğun butafor bir gündə puç oldu

Həqiqi dekor çirkin fors oldu, bəs nə oldu?

Hə, olur, üzümüz tez-tez palçığa bulanır

Hərdən palçıq üzümüzün formasını alır

Quruyub qalır, heykəllərə dönürük

Canlı bəndə olaraq ölülərə çönürük

O xəzan ovsunladı məni, səni isə aldatdı

Zülmətdə itdin azmış yelkən kimi

Oğurladı səni yel kimi azma

Həbs etdi bu xanım dünya

Hanı o payız xəzan nəfəsi?

Ürəyimə pıçıldadın ki, sevirsən məni

O zaman sən güdmürdün dünya cismini

Romantika, romantika, yellət bizi


[Nəqərat]

Hanı o payız, xəzan nəfəsi?

Romantika, romantika, yellət bizi

Oğurladı səni yel kimi azma

Həbs etdi bu xanım dünya

Bu xanım dünya

Hanı o payız, xəzan nəfəsi?

Romantika, romantika, yellət bizi

Oğurladı səni yel kimi azma

Həbs etdi bu xanım dünya

Bu xanım dünya

Dünya...