Released on 2006

Thumbnail

[Giriş]

Ey-yo, bizdən qabaq bunu deyən olmayıb

Həri, olmayıb

Amma bizdən sonra olacaq

Yaxın durun, görək, başımıza nə çarə qılırıq

Tut, gəldi


[Bənd 1]

“Next step” – növbəti addım

Üç-dörd, iki-bir, addımbaaddım

“Stop”, çatdım, yox, hələ qaldım

Bir neçə səhifədə pozulub hərfim

Həyatımda çox addım atdım

Daddım, qatdım, hərəyə çatdırdım sözümüzü

Açın gözünüzü, görün, 4 nəfər

Neçə ildir, alır könlünüzü

Neçə mikrofon isinib nəfəsimizlə

Neçə kəlmə deyilib dilimizlə

“Next text”, “barama mama”

Kim çəkir siqaret, kim siqara

Yenə də mən, yenə də meydan

Yenə də N.E.X.T, növbəti məqam

Yenə də biz, yenə də sən

Yenə də səs, yenidən Dəyirman


[Nəqərat]

Yolumuzun bir hissəsi geridədir

Amma bilmək olmur, məsələ nə yerdədir

Kimdir “next”, kimdədir “next”?


[Keçid]

Həyatımın günü, biri acı, biri şirin

Biri varsa, yoxdur biri

Həvəs ölüb, özüm diri

Həvəs ölüb, özüm diri


[Bənd 2]

“Next” sərnişin, “next” dayanacaq

Həyatın “next” yuxusundan kim oyanacaq?

Kim tanınacaq?

Görəsən, sonra bizi yenə kim qınayacaq?

De, de?

“Next” dost, “next” səhv

“Next” tutulmaq, “next” əfv

“Next” musiqi, “next” layihə

“Next” efirimiz, “next” qafiyə

“Next” bir mövzu, next bir mətn

“Next” cinayət, “next” bir qətl

“Nеxt” bir peyda, “next” bir ulduz

Şəkər kimi söz oldu sanki duz


[Nəqərat]

Yolumuzun bir hissəsi geridədir

Amma bilmək olmur, məsələ nə yеrdədir

Kimdir “next”, kimdədir“next”?


[Bənd 3]

Məsələ nə yerdədir, nə də ki göydədir

Heç yerdədir, bu millətin marağı başqa şeydədir

Sabah nə dəbdədir (“Next”)

Kim kimlə ərdədir (“Next, next”)

İndi kim növbədədir?

Ey, sözümü bitirməmiş heç yerə gedən deyiləm

Adətən məndən soruşanda: “Nə çəkirsən”?

Deyirəm, siqaret, vətən dərdini

Vicdan əzabı, əziyyət, xəcalət çəkirəm

Pis əməllərdən əl çəkirəm

Yaxşı insanlara baş çəkirəm

Avtoqraf, qol çəkirəm, xətt çəkirəm, əncam çəkirəm

Hərdən şəklini çəkirəm, klip, kino

Sözlərini çək, gör neçə oldu kilo?

O-o, siz güləşirsiniz, mən isə söz güləşdirirəm

Siz uydurursunuz, mən isə səhnələşdirirəm

Əsəbləşdirirəm? Onda tez buranı tərk elə

Dərk elə, ərkin çatana ərk elə, bax belə!