[Giriş: Dəyirman]

Hey, sən yenə gəlmədin!

Sanki, hər şey nağıl idi

Artıq dözəmmirəm

Əzilib sınmışam

İkimiz qaldıq

Bir mən

Bir də Röya


[Nəqərat: Röya]

Gəlmədin, sevgilim

Gəlmədin yanıma

Tutmadın qolumdan

Çəkmədin yanına

Gəlmədin, sevgilim

Gəlmədin yuxuma

Qoxlayıb telimi

Almadın yanına


[Bənd 1: Dəyirman]

Mənə deyir

Sən gəlmədin, səsləmədin

Sən gözləmədin məni

Günahkar tək sən idin

Cəhd eləmədin

Sən çağırmadın məni

Nə çox fürsət əldən getdi

Nə çox sözlər deyilmədi

Nə çox yara sağalmadı

Sən gedib bir də gəlmədin

Sən gedib bir də gəlmədin

Mən gəlib bir də görmədm

Bir də çönmədim

Bir də son sözlər çəkildi

Ümidim söndü, ürəyim sönmədi

Olanımı verdim

Qalanımı qurban etdim, yerə endim

Özün seçdiyin yola

Mən gedib bir də gəlmədim, bir də gəlmədim


[Nəqərat: Röya – Dəyirman]

Gəlmədin (gələ bilmədim)

Sevgilim (sevgilim)

Gəlmədin (gələ bilmədim)

Yanıma (yanıma)

Tutmadın (tuta bilmədim)

Qolumdan (qolundan)

Çəkmədin (çəkə bilmədim)

Yanına (yanıma)

Gəlmədin (gələ bilmədim)

Sevgilim (sevgilim)

Gəlmədin (gələ bilmədim)

Yuxuma (yuxuma)

Qoxlayıb (qoxlayıb) telimi

Almadın (ala bilmədim)

Yanına (yanıma)


[Bənd 2: Dəyirman]

Röya yoxdur

Var uydurma

Hələ də sənə çatmadı

Həyatımız şou, qurma

Haralara bizi atmadı?

Son görüş, vida

Gələcək qida

Beyninə yaz, sağollaşaq

Sonra, dala-qabağa fırlat kasseti

Bir, bir

Bir də bax!

10 il keçdi üstündən

Gəlmədi yaş gözündən

Görünür üzündən

Bəsdir, çıxma özündən

Bir ara yığışıb gəlirdim

Sən öl

Yarı yoldan qayıtdım

Sanki qaranlığa atılırdı

Hər atdığım

Addım-addım

Səninlə bir saat qalmaq istərdim

Qorxuram, gecəyə qalaram

Sənə düzünü demək istərdim

Qorxuram, günahkar olaram

Dediyim hər sözümlə

Hər bir hərəkətimlə

Xətrinə dəymədim

Bu gecə məni gözləmə, canım

Çünki bəlkə gəlmədim

Elə də oldu

Bu doğruldu

Mən yenə də təkəm

Bizdə heç nə alınmadı, bilmirəm nə əcəb?

Sən mənim röyam deyilsən bəlkə?

Mənə deyirdin ki, gəl danış

Özünsə nədənsə gözləmədin

Nə deyim e sənə

Aləm ayılıb

Sənsə hələ də özünə gəlmədin!


[Nəqərat: Röya – Dəyirman]

Gəlmədin (gələ bilmədim)

Sevgilim (sevgilim)

Gəlmədin (gələ bilmədim)

Yanıma (yanıma)

Tutmadın (tuta bilmədim)

Qolumdan (qolundan)

Çəkmədin (çəkə bilmədim)

Yanına (yanıma)

Gəlmədin (gələ bilmədim)

Sevgilim (sevgilim)

Gəlmədin (gələ bilmədim)

Yuxuma (yuxuma)

Qoxlayıb (qoxlayıb) telimi

Almadın (ala bilmədim)

Yanına (yanıma)


[Bənd 3: Dəyirman]

Gəlmədin, gəlmədin

Mən ki, ömür boyu gözləyirdim

Bilmədin

Bilmədin ki, röyamızı özün dağıtdın

Gec oldu, gec oldu

İllər, aylar, günlər

Güllər soldu

Puç oldu, puç oldu hər şey

Geriyə yolumuz yoxdur

Nə edim, nə edim

Sən yenə gəlmədin?


[Dəyirman - Röya]

Nə dedim

Nə dedim ki, geri dönmədin?

Nə olar, nə olar

Bunlar unudular

Küləksiz dəyirman

Röyasız yuxuya dönər

Nə edim, nə edim

Sən yenə gəlmədin?

Nə dedim

Nə dedim ki, geri dönmədin?

Nə olar, nə olar

Bunlar unudular

Küləksiz dəyirman

Röyasız yuxuya dönər


[Nəqərat: Röya – Dəyirman]

Gəlmədin (nə edim?)

Sevgilim (gəlmədin)

Gəlmədin (nə dedim?)

Yuxuma (gəlmədin)

Qoxlayıb (nə olar!) telimi (unudular)

Küləksiz dəyirman

Röyasız yuxuya dönər

Gəlmədin, sevgilim

Gəlmədin yuxuma

Qoxlayıb telimi

Almadın yanına

Yanına...

Yanına...

Yanına...