Dərəbəyilik

By Dəyirman

On Atmosfer

Released on 2006

Thumbnail

[Giriş]

Mənə meydan elə

Mənə meydan elə

Mənə meydan elə

Mənə meydan elə


[Nəqərat]

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir


[Bənd 1]

Bilmirəm, bu həyat nağıldır, yoxsa ağıl

Göylərə baxıb insan edər paxıl

Ay məni dinləyən, mən deyim, sən dağıl

Bakı başdan-ayağa dərəbəyilikdir

Bizim dövlət çox dövlətlidir

Qarnı tox, gözüac, hörmətlidir

Kommunizm partiyanın övladıdır

Bakı başdan-ayağa dərəbəyilikdir

Qarğalar açıb döşləri salıblar jurnala

Gəl qurdala

Ölkə pəhləvanla gedir ərə

Uşağı ya fil olar, ya da dəvə

Tayfalar şir şöhrətinə edir döyüş

Kim qız medal alıb, kim gümüş

Meşədə çoxalıb tısbağa

Müştəri yoxdur qazımağa

Birdən, birdən, birdən, birdən

Birdən-birə çoxalıb birə

Giribdir sabunsuz, düzəlib bir yerə

Şəhərdə çoxdur, çıxıbdır efirə

Polisdir hörmətli ovçumuz

Dərimizi soyur, elə bil var ona borcumuz

Halal qalıb arxada, geridə donuz

Bakı başdan-ayağa dərəbəyilikdir


[Nəqərat]

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir


[Bənd 2]

Bakı başdan-ayağa dərəbəyilikdir

Bir yan bazar, bir yan səfirlikdir

Kimin işin yumruq, kiminsə əzikdir

Kimdə sifət qalıb “подош”, kimdə nazikdir

İndi mobil telefon qiymət verir insana

Səndə geydirmədir, çalış, saxla cibində

Bəzi “круг”lar ciddi fikir verir buna

Oradakı hörmət ölçülür elə bununla

İslamı da çox müasir şəkildə qurmuşuq

Pivəni satıb üstünə “Həci” sözü vurmuşuq

Bu da islamımızın yeni təriqəti

Az qalıb, yeyək halal donuz əti

Gör nə gözəldir bizim yarıçılpaq ceyranlarımız

Göz qırpımında ərə gedir, çalınır vağzalımız

Evdə qalıb başıbağlı qızlarımız

Başdan-ayağa dərəbəyilikdir Bakımız


[Nəqərat]

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir


[Bənd 3]

Sanki qəsdimizə bütün dünya durub

Qan əvəzi beynimizə başqa şey vurub

Ürəyimizdən gicləmək keçir

İndi oğlan qızı yox, qız oğlanı seçir

Hələ də gəlmir səsimiz Qarabağdan

Belə yerdə deyin görüm, bərəkət haradan?

Qonşumun əri öləndən bəri

Məhəlləyə dalınca çox maşın gəlir

Hamı bilir, amma tək mən deyirəm

Zaman o zaman deyil, razı deyiləm

Elə həmin zamandır, insanlar başqadır

Sadəcə indi “русский язычный”чушка dır

Bu gün kamerası olan telefonlar dəbdədir, həri

Çoxusunun zibili açılıb, qalanı dibdədir

Abır-həya qaldı qatar içində

Yeni həyat başlayır yeni şəhər içində


[Nəqərat]

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir


[Keçid]

Dance elə, dance elə, dance elə, dance elə

Dance elə, çıx meydana, dance elə

Dance elə, dance elə, dance elə, dance elə

Dance elə, çıx meydana, dance elə

Dance elə, dance elə, dance elə

Çıx meydana, dance elə

Dance elə, dance elə

Qafiyə-mafiyə

İki tərəf müdafiə

Get çıx məsafəyə

Əgər tapılmaz qafiyə


[Nəqərat]

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir

E-hey, Adəmin övladı

Ömür boyu qabırğa toydadır

Bəzilərin ayaqları göydədir

Bakı başdan-ayağa dərəbəyilikdir