Bas-a-Bas (Explicit)

By Dəyirman

On Atmosfer

Released on 2006

Thumbnail

[Giriş]

Dəyirman və Klan-A-Plan

Maşallah, gör neçə nəfərik

Bir, iki, üç, dörd, beş, altı

Bir az mehribanlaşın


[Bənd 1]

Bir az mehribanlaşın

Yer hamıya çatacaq İnşallah

Nədir, publika soyuqdur?

Qızışacaq İnşallah

Maşallah, gör necə gözəl şəhərimiz var bizim

Millət əlindən nə gecəmiz, nə səhərimiz var bizim

Ayaq basmağa yer yoxdur, bəlkə göylə gedək

Qanadlarını açıb qartal kimi hərəkət edin

Növbəsini gözləyən ac qalır, indi o kəs toxdur

Kim ki, kim ki, kim ki özünü birinci soxdu

Heç kəsi gözləmə, ciblərini gözlə

Bu basabasda kimdir, e, mənə zəng vuran, gözlə

Bəzən 11 nömrədir ən yaxşı “transport”

Gecədən növbə tutmamaq üçün xarici pasport

“Export, import”, hamı gedib, biz qalmışıq

Bu ölkənin dərdindən bərk yapışmışıq

Çətin ki, kimsə məni vətəndən ayıra

Ya basabas, ya da ki bayıra


[Bənd 2]

Basabas liftdə, ha belə müftə

Hər bir həftə hamı kefdə

Basabas işdə, kafedə, evdə

Basabas “pop”da, milli repdə

Basabas iş gör, işlə, “şiş” gör

Bası basdalamağı vərdiş gör

Toyda “bass” tutmaq istəsən

Get əvvəlcə sən Rəmiş gör

Arabir düş gör, kasıba et tamaşa

Tapdalanmış hüquqlardan kimlər nə danışa?

Var alışan təpiklərə, təki çıxmasın canı

Onsuz da tapdalanıb torpağımın bir yanı

Vəzifə uğrunda bu gün külli basabas

Namizədlərimiz, maşallah, nə çox, nə də ki az

Basabasla artıbdır plakatlarımızın sayı

Divarlarımızın da bu gün çıxıbdır, vallah, zayı


[Nəqərat]

Dar yerdə çatmır nəfəs

Ürəyim vurur əbəs

Dinmir ki indi sərbəst

Hər bir yerdə basabasdır

Dar yerdə çatmır nəfəs

Ürəyim vurur əbəs

Dinmir ki indi sərbəst

Hər bir yerdə basabasdır


[Bənd 3]

Salam, basabas, salam, Dəyirman

Özüm “boss”, ailəm isə Klan-A-Plan

Basabasdır bu gün, öz də nə basabas

Kəlmə, cümlə, söz çox, indi isə qulaq as

Sən də, mən də indi düşmüşük basabasa

Sən maşında, mən piyada, çıx aradan basa-basa

Universitet, dəhliz, səs-küy, əsəb, metro

Ayaqqabım tapdalanır, bu da bir səbəb

Basabas, iy, tər, çıx oradan birtəhər

Basabasda camaatdan seçilməyə lazım hünər

Efirdə basabas, bazarda basabas

Yol, şou, səhnə bu gün basabas

Bu millətin əlindən tərpənməyə yer yox

Yavaş-yavaş, asta-asta oluruq çox

Barda da qızlar basabas, çünki çoxdur baz

Bu gün hələ bizim mahnımızda cırır “bass”


[Bənd 4]

Basabas studiya, mikrofon, diktofon

Basabas azadlıq uğrunda marafon

Basabas 90-cı illərin əvvəli

Talonlar, nömrələr basabasın təməli

Basabas binalar 1-dən 20-ə kimi

Mərtəbələr dalbadaldır zirvəliyə kimi

Biləcəri Hərbi Komissarlıq milli basabas

Gəl, ay gənc əsgər, qol çək, adını yaz

Basabas qida məhsulu, basabas geyimlər

Bazarlar, marketlər basabas qiymətlər

Viski bar, restoran bu şəhərdə kalan

Bu ölkədə zəbt edilib ən xırda tin-dalan

Xırdalan, Sulutəpə torpaq sahəsi

Basdalanmış vətənin acı nəğməsi

Cəmiyyət tələsir, amma durmur zaman

Basabasdır şəhərdə, basabas, basabas, basabas


[Nəqərat]

Dar yerdə çatmır nəfəs

Ürəyim vurur əbəs

Dinmir ki indi sərbəst

Hər bir yerdə basabasdır

Dar yerdə çatmır nəfəs

Ürəyim vurur əbəs

Dinmir ki indi sərbəst

Hər bir yerdə basabasdır


[Bənd 5]

ABD Malik daxil olub meydana

Qafiyəm 60 kilodur basabas haqda

Qəlbimdəki üsyan çıxana kimi

Maykamın üzərində Che Guevara kimi

Basabas

Hər işdə dişlə

İşləməyən dişləməz, köpək, dişlə

Basabas sərnişin nəqliyyatında

Sürtüşür bəzi “мразь”lar qadınlara

Basabas bucaqlı dövrədir

Elə bil tövlədir, özgə əl özgə cibdədir

Basabas kim kimə ***

Kimə xoş gəlir, kimə pis dəyir

Siz elə bilirsiniz, nədir

Dеdiklərim hamısı təbdir, fərziyyədir

Hal-qəziyyədir, yerdə yerimiz azdır

Biz gedək, göy qübbəsinə də əl dəyək

Qərəzdir

Hər bir nəfərə 10 müstəntiq düşür

Özünü dustaq kimi hiss еdir

Hər cür insan yoluma rast düşür

Kim 10 kilo düşmən, kim 100 qram dost bu cür

Basabas konsertimizdəki kimi

Manıslar televiziyamızdakı kimi

Mavilər prospektlərimizdəki kimi

Basabas mahnımızdakı kimi


[Bənd 6]

Sərnişin daşıyan ictimai nəqliyyat

Səhərlər 500, gecələr 1000 manat

Saxlayır, harada gəldi, necə gəldi ADİA

Olmayan yerlərdə onla tıxac yaranır

Yenə basabas, əsəbdən basır dibə kimi qaz

Belə yerdə kimi xam, kimisi az

Az qala, üstündən keçsin kamaz

Gündüz saat 2, 3-ə yaxın

Şəhərimizin mərkəzi küçələrində axın

Keçilməz maneə, sanki bir divar

Yalnız iki təkərdə keçmək şansın var, avtoş

Bir az da ver “bass”, bu diski qoş

Xoş əhval-hal, içəridə basabas

İndi dübbədüz bas qaza, bas

Bas, bas


[Nəqərat]

Dar yerdə çatmır nəfəs

Ürəyim vurur əbəs

Dinmir ki indi sərbəst

Hər bir yerdə basabasdır

Dar yerdə çatmır nəfəs

Ürəyim vurur əbəs

Dinmir ki indi sərbəst

Hər bir yerdə basabasdır