[Bənd 1]

Salam, bacı, necəsən, canın-başın?

Darıxıb yaman səndən ötrü qardaşın

Gözyaşımdır bu vərəqlərdəki izlər

Zülmətdən qayıdır mənə ötən illər

Deyirlər, silər zaman bütün yaraları

Yeniliyin təlaşı doldurar araları

Ötən anları fəqət unutmadım mən

Oxu, bacı, məktubumu, bu, mənim dövrəm

Matəm, yadındamı 1992?

Nə qədər kədər, nə qədər itki

Şuşa getdi bir dəhşətli anda

Ata, ana məzarı daha oyanda

Qarlı yollarda qaldı izimiz

Bir addım önə bir addım uzaqda evimiz

Əziz bacı, sən və mən, kimsəsiz

Bu qanunsuz dünyada ikimiz

Bakıya doğru, Bakıya doğru, Bakıya

Sən bacım idin, qısa çəksə də geriyə

Kirayə bir ev gözlə, bacı, savaşacağam

Könüllü gedib bilmədim ki, qayıdacağam mən

Bacı, açacağam sənə indi sirrimi

Azyaşlılığım deyildi deməyimin səbəbi

Pis xəbəri öyrəndim mən orada

Xərçəngin qısqacları sancılmışdı qanıma

Ağlama, bacı, yalvarıram, ağlama

Söz vermişdim anaya - səni qorumağa

Moskvaya - şimala apardı məni qatar

Zəhmətimin qiyməti səni mənsiz qoruyar

Aylar, illər, hicran necə də acı

Çil qarasında bitən çiçək idin sən, bacı

Sancı ardınca sancı, əqrəblər dönür

Vətənə də alışan ürək qürbətdə sönür


[Bənd 2]

İki saatlıq uçuş, Moskva-Bakı

Dönəndə geri şəhəri bağışlayıb sanki

Xarici rəngi çəkib özünə mərkəz

Sən və mən, bacı, burada iki yad nəfəs

Tərs baxışlar gözlərdə, alışar

Bilmədim ki, bu cür bizlərə də qarışar

Yaşadar zaman, çox zor unudacaq

Səni ianə görən o iki ...

Əlimdəki bıçaq on iki açıb yara

Arxadan zərbə, hər tərəf oldu qara

Bayıldakı qala, bacı, ağlama

Ana tez-tez gəlir yuxularıma, ‘’мама’’

Qırma qəlbimi, bacı, uzat əlini

Əlimdəki kəsiklər söyləyər dərdimi

Qoy səni izləməsin ölümün ətri

Uzaqda saxla intihar kürrəni


[Bənd 3]

Daha arxada həyat adlı məsafə

Öndə dünyaları ayıran pərdə

Bu səfərdə nə itən, nə tapılan

Gizlisi aşkar, doğrusu yalan

O yanda qalan təlaş, bu yandakı aram

Artıq yerə yox, göyə toxunur daban

Son an gözümdə duran sualları

Qanla yazılan məktubları

Qara buludları külək nə vaxt qovacaq?

Bayraqdan don tikən kişimi adlanacaq?

Düşmənə açar qucaq keçmişi unudan

Qurbanlar hədər olar o zaman, o an

İlan sifətli insanlardır yollarda

İlan niyyətli əməllər ortada

Əlvida, gəldim yolun sonuna

Mən gedirəm, bacı, ağlama