[Giriş]
Atmosfer
Atmosfer
[Bənd 1]
Bu söhbətə girişmə, özünə yazığın gəlsin
Təbin gəlmirsə, evdə yazdığın gəlsin
Sürətdən qorxursan əgər, maşınıma minmə
Boş-boş danışmaqdansa, sus, dinmə
Səhnədə darıxdırmağa bir kəs qalmadı
Xeyrulla toy elədi, bizi yada salmadı
“Дерзкий” oğlanlarla oturub-durmağa çalış
Həyata eynəksiz baxmağa alış
Yenə beş nəfər bir nəfərin üstünə cumub, ləzzət eləmir
Qız gecə gəzir, atası göz yumur, ləzzət eləmir
Bax gör, kimlə oturub-durursan, uyursan
Kimi azdırırsan, kimlə münasibət qurursan
Qaqaş özünü tutub, pulu, təzə maşını
Bir azdan tanımayacaq doğma qardaşını
Yaxşı oğlanlar da var, söhbəti yox
Adam tanıyıram: özü var, söhbəti yox
Bu sözü başqa cür indi deməyə çətin olacaq
Çox da göylə getmə, enməyə çətin olacaq
İnsan üçün göydənsə yaxşıdır yer
Göydə ağırdır atmosfer
[Nəqərat]
Atmosfer, danışığına fikir ver (fikir ver)
Atmosfer, hərəkətinə fikir ver(fikir ver)
Atmosfer, danışığına fikir ver (fikir ver)
Atmosfer, hərəkətinə fikir ver (fikir ver)
[Bənd 2]
Atmosfer indi boş cibimdə və qarnımdadır
Atmosfer Yusifin maşınında, çölündədir
Atmosfer yubkanın altında və üstündədir
Atmosfer Xosenin saçında, saqqalındadır
Sürücülük vəsiqəm, 7 aydır, “ГАИ”dadır
Rəqsanənin “блат”ı qalxıb, hər gecə toylardadır
Əhmədlidə su gəlmir, 127 aydır
Atmosfer Nağılbazın qalstuk və kostyumundadır
Göy “Passat”lar qoysa, yuxarı parkda görüşərik
Bakının ən efir 07-ləri ilə sürtüşərik
Dünən Tarqovıda köynək aldım: fullciskoni
Mənə göz vuran qızların hamısı cəbcüboni
[Nəqərat]
Atmosfer, danışığına fikir ver (fikir ver)
Atmosfer, hərəkətinə fikir ver (fikir ver)
[Bənd 3]
“Приступный” Miri Yusifdən gəlibdir bir dəb
Səsdə və rəngdə çatdırır bir bənd
Çəkmişəm qəlyanı, açmışam nərdimi
Qarışdırmışam nisyəmi, nağdımı
Fısılda bəndimi, bilginən kəndimi
At da, Qırat da keçməz bəndimi
Çoxların söhbətləri “фанер”dir
Xoş gəlmisən, bura atmosferdir
Qızla görüşdə gül-çiçək girmir
Altında maşın olsa, susub dinmir
Açar sənin üçün küftə süfrəsi
Qus bura, bu da böyük ağa siftəsi
Çalış bu həyatda möhkəm ol, ay "брат"
Namus üstdə yatmasan, namus üstdə sən yat
Çoxların söhbətləri “фанер”dir
Xoş gəlmisən, bura atmosferdir
[Nəqərat]
Atmosfer, danışığına fikir ver (fikir ver)
Atmosfer, hərəkətinə fikir ver (fikir ver)
Atmosfer, danışığına fikir ver (fikir ver)
Atmosfer, hərəkətinə fikir ver (fikir ver)
[Bənd 4]
Təbim gələndə özünə vaxt zad seçmir
Qafiyəm dillərdədir, əldən-ələ keçmir
Bizdə söz deməyə hamı axtarır macal
İki nəfər birdən danışır: “Qaqaş, sən xətdə qal”
Kəsin səsimi, əgər sözümdə yalan var
Rayonlarda bu gün qalan var?
Çoxusu özünə şəhərdə tapıb yer
Dağlarda ağırdır atmosfer
Qəfəsdə saxladığım quşu buraxmaram
Sən də quş buraxma, əgər bu söhbətdə mən də varam
Ya da get, Hindistanda tap özünə yer
Orada başqa cürdür atmosfer
Amerikada bilmirlər ki, Bakı haradır
Tanış gələn söz “ala” yox, “ara”dır
Azərbaycan, Bakı – yaşadığım yer
Onlar nə bilir ki, nədir atmosfer
Qaqarin nə vaxt kosmosa uçub, yadımda deyil
Belə oğlanın gopu olmayıb, heç lazım da deyil
Raketə minərdik biz də, amma yoxdur xeyir
Kosmosda ağırdır atmosfer