Arsız (Explicit)

By Dəyirman

On Atmosfer

Released on 2006

Thumbnail

[Giriş]

Onun gözlərində yağış yağır

Ya odlar yanır, ya şimşək çaxır, bilinmir

Ürəyi yox deyir, gözləri yol çəkir

Qismət çağırır, eşitmir

“Gəl yanıma”,-o deyərdi

“Sev məni sən”,-o deyərdi

Tək səni axtarardı

Əgər sevməyi bacarardı

Sevməyi bacarardı


[Bənd 1]

Bu dünyada hər şey varım idi səndən başqa

Sən əlçatmaz arzu kimi gəldin həyatıma

Neçə il keçib gəldiyin vaxtdan məhəlləmizə

Neçə kişi azıb yolundan məhz sənə görə

Ətrafımda yaxşı qızlar var, o qədərdir ki

Nəyə görə sənin kimi pislər dartır məni?

Bil ki, səni heç kəs almaz, intihar dəbdə deyil

Bircə mənim kimi səfeh onu edər, elə deyil?

Deyirsən, mən əclafam, sən məndən daha əclafsan

Mən cavabsız bir tapmaca, sən cavabsız sualsan

Bil ki, sən də elə incə, zərif, zəif, acizsən

Səndən xilas olmaq mümkün deyil, onu bilirsən

Cəlb edən qadınlar yayındırırlar, nə olsun?

Balam, sənin kimi olmayıb, yoxdur və olmasın

Hey qız, milyonlardan təkcə səni seçirəm

Deyirəm ki: “Səni sevirəm!”


[Nəqərat]

Ona: “Sevirəm”,-deyən çoxdur

Ürəyinə yatan yoxdur

Bütün rəfiqələr ərdə

Salıb anasını dərdə

Tənha gecələr itərdi, bitərdi dərdi

Təkcə eşidərdi: “Sevirəm səni”

Təki bu sözlər ürəkdən gələrdi

Bu nağılın sonu görünərdi


[Bənd 2]

Bu günə kimi heç bir kəs

İnan, qaça bilməyibdir öz taleyindən

Dünən səni arzu edirdim

Bu gün tuturam əlindən mən

Hələ ki bilmirəm, nə olacaq

Sabah yadımızda qalacaq

Sabah aramızda qalacaq

Dünən qaladığımız ocaq

Bax düz gözlərimin içinə, sus

Hər sözümüz indi mənasız

Hər günümüz birlikdə keçir bizim

Hər gecəmiz təmənnasız

Bir gün mənsiz qala biləcəksən tək

Olacağına çarə yox

Bir gün mənsiz qala biləcəksən tək

Bundan çox, yox

Tərs qız, bu həyat olacaq sənə dərs, qız

Hər qız gəlin paltarını arzu edir

Amma sənin kimi arsız, bilmirəm, nə istəyir

Nə gözləyir, gah döz deyir, gah başqa söz deyir

Hər gecə öz yatağında o oyuncaqlarını əzizləyir

Mənə hə cavabını versən

Lap sabah göndərəcəm elçilərimi

Ümidlərimi pozma gəl

Təki batırma güllərimi

Qaranlığa, sonsuzluğa sözüm yox daha, gedirəm

Mənə yüz dəfə: “Sеv məni”,-lap desən də

Bil, səni mən sevirəm


[Nəqərat]

Ona: “Sevirəm”,-dеyən çoxdur

Ürəyinə yatan yoxdur

Bütün rəfiqələr ərdə

Salıb anasını dərdə

Ona: “Sevirəm”,-deyən çoxdur

Ürəyinə yatan yoxdur

Bütün rəfiqələr ərdə

Salıb anasını dərdə