Released on March 1, 2024

Thumbnail

[Giriş]

Su ilə alov birləşər, bu qəlblər qovuşmazmı?

Dərya balıqla dolar da, ürək boş qalarmı?

Zəhərlənib bədən kinə, gözlər qıyılmazmı?

Sən yox olmaqdan qorxursan, sən varsanmı?

Sən varsanmı?

Sən varsanmı?

Sən varsanmı?


[Nəqərat]

Gecə gözün qapıda

Yağış düşər üzünə

Qarışar gözün yaşıyla

Amma o çıxmaz ağlından

Gecə gözün qapıda

Yağış düşər üzünə

Qarışar gözün yaşıyla

Amma o çıxmaz ağlından


[Bənd 1]

Mənim sözüm bitib-qurtarmaz

Təmtək gəzərəm dəli-dəli

Dərdlər dərin dəlib bax

Tutmaz əlini əlim axı

Dərmə-deşik olub bədən etdiyin əməllərindən

Qəlbə deşik olub əvvəl verdiyi vədləri də

Kimisi götürüb hər şeyini, kimisi isti hissləri

Kimisi hisssizlərin qəlbini, kimisi kimsəsizliyini

Götürüb hamı gedir vecsiz

O, sənə baxır, dinmir (dinmir)

Üzündən axır min bir yalan

Hər şey gözündən bilinir


[Keçid]

Burax onu rahat (burax)

Savab olur qalan (savab)

İnsanı fağır salır yada

Qalır adam sonda

Burax onu rahat (burax)

Savab olur qalan (savab)

İnsanı fağır salır yada

Qalır adam sonda


[Bənd 2]

Sənlə başlayan cümləmi bitirmək istərəm sənlə

Cümləmi başlayıram, varsan, bitirəndə itirsən

Əfsus, mən inanmıram sənin gözəlliyinə

Belə gözəl gülüşlər bədəni zəhərləyirlər


[Keçid]

Saçı uzun, dalğa-dalğa, düşür üzümə

Gülür üzümə, oluşur kəpənəklər

Eşitmədim amma bir dəfə belə dəstək, xoş söz

Gəlsən, donmaz əllər

Saçı uzun, dalğa-dalğa, düşür üzümə

Gülür üzümə, oluşur kəpənəklər

Eşitmədim amma bir dəfə belə dəstək, xoş söz

Gəlsən, donmaz əllər


[Nəqərat]

Gecə gözün qapıda

Yağış düşər üzünə

Qarışar gözün yaşıyla

Amma o çıxmaz ağlından

Gecə gözün qapıda

Yağış düşər üzünə

Qarışar gözün yaşıyla

Amma o çıxmaz ağlından