Haram

By CYMILO

On CHAOS

Released on March 1, 2024

Thumbnail

[Giriş]

(YA) Vədinə xilaf çıxmadın, verdiyim haqqı almadın

Ey, olmadın layiq, xain, fani, qadir hər şeyə

Mən modern, sözlərim tən-tən düzülür

Düşmədi dildən, yemədi, halaldır həbdən

Dərdlər buraxmır yapışıb bərkdən, ‘’god damn’’


[Nəqərat]

Gələcək boğazından, çalış, haram eləmə

Dolub ağır yük əllər

Buna çiyin dözəmməz

Gördüyün əməllərin səni boğa bilərlər

Sonradan gec ola bilər

Çalış, haram eləmə

Gələcək boğazından, çalış, haram eləmə

Dolub ağır yük əllər

Buna çiyin dözəmməz

Gördüyün əməllərin səni boğa bilərlər

Sonradan gec ola bilər

Çalış, haram eləmə


[Bənd 1]

Öldürdük, çəkdik, içdik, dəfələrlə öldük ard-arda

Dalğalar batırmadığı gəmi, ona küləklər neylər?

Bizlə gələnlər vardı, onlar çəkildi qeybə

Sağındakı mələklər, bəzən sənə yalan deyirlər

Sənə ancaq məsləhət, tayfan tanınır xəyanətlə sənin

Boğuldun, qaldın dibdə, öyrəndin, axır, tək imişsən

Nifrət gəmirir iliyə qədər, onların şərəfi sürünür yerlərdə

Yaralarımı açıb-açıb basdım duz

Heç kim əritmədi, mən də çəkildim özümə


[Xor]

Öldür, silah, bıçaq, yara

Bulan qana, pullar çamadana

Günah, fəsad, böhtan, yalan

Eləmədən düşün dua Yaradana

Öldür, silah, bıçaq, yara

Bulan qana, pullar çamadana

Günah, fəsad, böhtan, yalan

Eləmədən düşün dua Yaradana


[Bənd 2]

Çoxu düşdü gözümdən

Doydum yalan gülümsəməyə

Yanıldım bir çox səfər

Tapdığım ümidlər də öldülər

Yalana dözürəm mən hələ

Sevgini nifrətlə hədələ

Yalnız gəzirəm gecələr

Beyini fikrə buraxıb gedirəm


[Nəqərat]

Gələcək boğazından, çalış, haram eləmə

Dolub ağır yük əllər

Buna çiyin dözəmməz

Gördüyün əməllərin səni boğa bilərlər

Sonradan gec ola bilər

Çalış, haram eləmə

Gələcək boğazından, çalış, haram eləmə

Dolub ağır yük əllər

Buna çiyin dözəmməz

Gördüyün əməllərin səni boğa bilərlər

Sonradan gec ola bilər

Çalış, haram eləmə