Fədakar

By CYMILO

Thumbnail

FƏDAKAR

CYMILO

ANDERV0R


[GİRİŞ]

Qarışar sevinc göz yaşın qorxuna

De görüm oda mı vurğun qoxuna ?

Yoxsa əllərinə aşiq ?

Əlbət oda dadar xəyanət

A demək gözlərinə dəli divanə ?


[NƏQARƏT]

Sənə soyuqdu dedim, məni tərk etdin

Mən olsaydım yandırardım özümü

Sənə qaranlıqdı dedim sənin yerinə

Mən olsaydım yandırardım özümü [X2]


[BƏND]

Yenə fədakar mən

Dolu məzarın əzabla

İstəməzdim səni görəm bu halda

Kimə nə yaşatmısan hamısı çıxacaq qarşına zamanla

Bunda yox şübhəm və müəmma

İkili yolda dilemma

Bağlı yolda bir açar

Əllərimiz toxunmazda

Qəlblərimiz soyumazmı ?

Yenə sən dağıdırsan ətrafı

Mən axı gözümə alıb cənnətdən qovulmağı

Dərdim almanı sənə dərdim almanı


[NƏQARƏT]

Sənə soyuqdu dedim, məni tərk etdin

Mən olsaydım yandırardım özümü

Sənə qaranlıqdı dedim sənin yerinə

Mən olsaydım yandırardım özümü [X2]