Vicdan

By Chingiz

Released on April 4, 2024

Thumbnail

[Bənd 1]

Mərhəmət duyğusu səndə yoxdursa

Tutduğun orucun nə mənası var?

Süfrəndə yoxsula yerin yoxdursa

Bir ay ac qalmağın nə mənası var?

Tərəzin çəkidə əyri çəkirsə

Dilin zəhər kimi qəlb incidirsə

Əlin rüşvət alıb rüşvət verirsə

Qıldığın namazın nə mənası var?


[Nəqərat]

Namaz da, oruc da asandır, qardaş

Vicdanlı olmaqsa çətindir, qardaş

Əsl insan olmaq lazımdır, qardaş

Əməlsiz Quranın nə mənası var?

Namaz da, oruc da asandır, qardaş

Vicdanlı olmaqsa çətindir, qardaş

Əsl insan olmaq lazımdır, qardaş

Əməlsiz Quranın nə mənası var?


[Bənd 2]

Yalandan and içib alver edənlər

Arvaddan xəbərsiz əyri gedənlər

Haqsızdan pul alıb haqlı edənlər

O həccə getməyin nə mənası var?

Haram pullarıyla evlər tikənlər

Yetimin haqqını bölüb yeyənlər

Şər atıb birini bədbəxt edənlər

Öləndə Yasinin nə mənası var?


[Nəqərat]

Namaz da, oruc da asandır, qardaş

Vicdanlı olmaqsa çətindir, qardaş

Əsl insan olmaq lazımdır, qardaş

Əməlsiz Quranın nə mənası var?

Əməlsiz Quranın nə mənası var?

Əməlsiz Quranın nə mənası var?

Əməlsiz Quranın nə mənası var?

Əməlsiz Quranın nə mənası var?