Sənsiz

By Bülbül

Thumbnail

Hər gecəm oldu kədər

Qüssə, fəlakət sənsiz

Hər gecəm oldu kədər

Qüssə, fəlakət sənsiz

Hər nəfəs çəkdim

Hədər getdi, o saət sənsiz!

Hər nəfəs çəkdim

Hədər getdi, o saət sənsiz!

Səni o cəlb eliyən

Vəslinə and içdim, inan

Səni o cəlb eliyən

Vəslinə and içdim, inan

Hicrinə yandı canım

Yox daha taqət sənsiz!

Hicrinə yandı canım

Yox daha taqət sənsiz!

Özgə bir yarı necə

Axtarım, ey nazlı sənəm

Bilirəm səndə dedin:

Yox yara hacət sənsiz! ...

Bilirəm səndə dedin:

Yox yara hacət sənsiz! ...

Sən mənim qəlbimə hakim

Sənə qul oldu könül

Sən əzizsən, mən ucuz

Mən heçəm afət sənsiz...

Sən əzizsən, mən ucuz

Mən heçəm afət sənsiz...

Sən Nizamidən əgər

Arxayın olsan da, gülüm

Gecə-gündüz arayıb

Olmadı rahət, sənsiz

Gecə-gündüz arayıb

Olmadı rahət, sənsiz

Yarım sənsiz

Canım sənsiz

Ax, yarım sənsiz

Ax, yarım sənsiz

Ax, gülüm sənsiz

Sənsiz!