Şübhə

By BadClause

Released on April 14, 2020

Thumbnail

[Giriş]

Özümdən yazmaq istədim, özümdən danışım bir az

Görəsən hansı zəngin qəlb ölüb mən qalmışam miras?

Ruhum əlil sevgi müharibəsində yox imtiyaz

Hərkəsdə payızdırsa əgər, hansı ömürlərindir yaz?


[Bənd]

Özümdən yazmaq istədim, özümdən danışım bir az

Görəsən hansı zəngin qəlb ölüb mən qalmışam miras

Ki, dolur sətirlər qəm ilə, hələ də ruhsuz eyni mən

Yazıram sakitləşim... sən də sakitləş bir az

Sürünür vərəqim üstdə ilham pərisi yaralıdır qanadı

Danışır cəsarətlə ali birisi, san-adını yaradır

Möhrümdə dörd imza - mən, Emil, Zaur, Ağarzadır axır

Heç kim qıra bilməz bu dörd qapını, qabağınıza baxın

Biz həmişə bir olmuşuq, həqiqi bir, amma saxtalar da var

Qaranlığın özüyük, soyuq, yox, amma şaxtalar daha

Olsa səhv bizə, dirənəcək alnına avtomat naxadı

Bitə bilməz dövrümüz heç cür, axır vaxta varmadan

Yazacam iftixarla nəğmələrimi ki, könülə yatsın

Bölməz əsla fətvamı bəndə qırsa da türbə qapısın

Mən həmişə düz olmuşam ki, qoy, səhvi özləri tapsın

Axı onlardan öyrənmişəm alçaqlıqların hamısın

Onlar kimdi? Aha, deməli, ətraf iki yerə bölünür

Səni sən edənlər və səni sən kimi bəyənməyənlər

Birinci tərəf okeydir, müəmma digərlərindədir ki

Onlara görə özündən şübhələnməyə dəyərmi səncə?

Açığı mən şübhəliydim, görəsən pis biriyəmmi?

Hamı məni tək qoyub, yoxsa bunu mən özüm istəyirəmmi?

Qarşımda mənə nifrətlə baxan birisi əyləşib

Kin qusur üzümə gözümə. Mən onu necə çox istəyirəm ki?!

Əslində səhv elə özümüzdən başlayırdı

Çün’ xoşbəxtliklər yox, kədərdir bizi ayıq saxlayan

Dəyərsiz birinə dəyər vermək unikal situasiyadır ki

Özümüzü rədd edib həyatı ölü kimi yaşayaq

Ən başından səhv məndə idi, günah məndə

Ağladığımı görməyənə gözüm gələr quraq əlbət

Ruhuma ağrı verirdi, bir vaxt o sual məndə

Cavabı dürüstlük imiş, misalı uzaq səndən

Nələrdən keçdik, nələr itirdik gör nə üçün

Bəzən yanlışlara yol tutdum düzdü bilmək üçün

Bu qədər yaşanılmışlıqdan bir nəticəyə gəldim ki

Bəzi insanlar hazır deyil, sevilmək üçün

Baxmır heç xoş günlər üzümə belə

Kədər əl çəkmədi ki, bir özümə gələm

Danışım gülüşlərimdən, məni sevməyindən

Hisslərində gizlənim mən