Ay Tənli Qadın

By Ayaz Babayev

Released on November 12, 2021

Thumbnail

[Bənd 1]

O, mənim nəfəsim

Yanında qəlbim tir-tir əsir

Bir gün olmaram deməsin

Varlığı dünyamı bəzəsin

O, mənim günəşim

O, mənim tək ulduzumdur

Mən onun yarı

Səninlə yol uzundur

Ömrümün ilk baharı

Mən sənin həyatın olum

Sən mənim ol qanadım

O, mənim alın yazım

O, mənim başımın tacı


[Nəqərat]

Ay tənli qadın

Adının sol yanında var mənim soyadım

Yuxudan hər səhər öpərək onu oyadım

Dünyanı gözlərinin rəngində boyadım

Səni çox aradım

Ay tənli qadın

Adının sol yanında var mənim soyadım

Yuxudan hər səhər öpərək onu oyadım

Dünyanı gözlərinin rəngində boyadım

Səni çox aradım


[Bənd 2]

Onun bir üzü

Sevincdir, var üzündə gülüşü

Daşıyacam barmağımda bir üzük

Dəniz olan gözlərində qoy üzüm

Parlayan göy üzüm

Bil ki, xəlvəti mən

Daddım o gün şərbəti mən

Səni ilk gördüyümdə

Dəyər qatdın sərvətimə

Sən həmin o həkimsən ki

Dərman oldun dərdlərimə

Sən həmin o mələksən ki

Qonaq oldun cənnətimə

Bil ki, xəlvəti mən

Daddım o gün şərbəti mən

Səni ilk gördüyümdə

Dəyər qatdın sərvətimə

Sən həmin o həkimsən

Dərman dərdlərimə

Sən həmin o mələksən

Qonaq ol cənnətimə


[Nəqərat]

Ay tənli qadın

Adının sol yanında var mənim soyadım

Yuxudan hər səhər öpərək onu oyadım

Dünyanı gözlərinin rəngində boyadım

Səni çox aradım

Ay tənli qadın

Adının sol yanında var mənim soyadım

Yuxudan hər səhər öpərək onu oyadım

Dünyanı gözlərinin rəngində boyadım

Səni çox aradım


[Çıxış]

Yaxşı ki, səni tapdım