Panzer

By 95Role

On Leon

Thumbnail

Keçmişəm mən nələrdən

Öyrənmişəm rap'i mənbələrdən

Punch yemisən mən gələndən

O fake mc'lərə əngələm mən

Səni yonacam məngənəmdə

Daha ənkəyəm mən ənkələrdən

Səni elə soyacam rap'imlə

Fərqlənməyəcəksən kələmdən

Sözü deyənəm rahat üzə

Səviyyəm göylərə qanad süzər

Verəcəm banan sizə bitch!

Zirvəmə çatmağa kanat düzəld

Yaradar manat düzən

Saniyə sürətim çatar yüzə

Var belə atalar misalı

'Min səhv gələ çətin batar düzə'

Azrap master istər

Böyümüşəm Uran və Da Streetz'nən

Sənətim qan-tər istər

Yaraşıram rap'ə, necə Paster X'ə

Deyirəm fuck the sistem

Bağladım onları basdım X'ə

Əlimdə sehirli iksirim

Qaliyada sanki Asteriksəm

Bilirəm sən haqqda nələr

Hər gecə pula görə sən axtar ərəb

Sürəcəm Panzer üstüvə

Nəfəsin tükənəcək, sən altda gəbər

Deyiləm mən ağıla gələn

Sözümü dinləyin cənab bəbələr

Ucadayam Himalay dağları

Mənə nə edə bilər ən alt təpələr

Bitmir məndə güllə

Gələcəm qəbrivə əldə gülnən

Gülməlisən, sən nə gündə?!

Tələbat azdı sənə Dərnəgüldən

Dərs keçərəm həftə-günlərlə

Gəl bura məktəbə, dərinəm hətta göldən

IQ'nüz ət tökəndi və həmdə bərbaddır

Hətta Fərda gildən

Altınız nəm, tam islaq

Ninetyfiverole'du ən dahi insan

Həm rap'im var, həm xarizmam

Newschool mc'lərə mən talisman

Flow master, Defkhan ustaddır

Azrap'ə lazım səliqə-sahman, islahat

Rap battle, müharibədir

Mən Talibanam bura Əfqanıstan