LVLX

By 2ran

Thumbnail

[2ran verse]

Qanın ala qarışıq sözlərimi daşıyıb

Aparırsan ona buna ortalığa qarışıb

Gözləməzdim açığı itirmişəm sayını

Yalanların aşırı dəli edir başımı

O qız istədi vallah hisslərini pozaram bircə pis anda

Üzdən sanki крутой adam ammaki tipləri axmaq

Səviyyəmə çatmağa çox var hələ lazımdı sənə illəri almaq

Ghetto dediyin küçələrin hamısını görmədim tək-tək izlədim vallah

Bu rep oyunudu bunu bacarmaq üçün

Bu yolu asan gəlib gedə bilməlisən

Məni tələb edən dəli uşaqlar arxamdadı

Hər səhvə çənənin yerə düşcəyəni biləsən

İtirmişəm deyil vecimə qazandığımı səpmişəm şəhərə göydələndən

Axtardığın arzuları gözləmə ki nə vaxtsa göydən enər

Adamlarımdı fresh adamlarının hamısı göy təbəqə

Vuracaqlar bir gün səni arxandan heçnə gözləmədən

(Arxandan heçnə gözləmədən)

***


[Cosmo verse]

Mənimlə danışma elə-belə

Sözlərim deyildir elə-belə

Yaxınlaş mən sənə söz deyəcəm

Amma qorxma mən sənə rap deyəcəm

Danışırsansa mənimlə tək getməlisın bu yolu axıradək

Danışıq tərzim budur mənim qulaq as sözləri mən deyəcəm

Sözlərim qoz kimi səninsə yox

İndi ki dövr də kişilər çox

Hər papaq taxanda kişilik yox

Yarısı danışır kişilikdən çox

Sözlər azdı bizdə söhbət çox

Dərdli insan deyiləm amma yoxdur dost

Gəzirəm şəhərdə çoxdur yol

Amma mənimlə gəzən biri yox

Hərəkətdə oluram vaxt içində

Dostlarım yanımdan gün içində

Uzaq edirəm hamını yanımdan

Çünki lazımsız insandır onlar

Arxamca danışıb gülən insanlar

Çoxdu bu aralar çıxırlar yoldan